08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Azərbaycan ŞƏT-də öz statusunu dəyişmək üçün müraciət edib

Azərbaycan ŞƏT-də öz statusunu dəyişmək üçün müraciət edib

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) müşahidəçi ölkə statusu almaq üçün müraciət edib.

Oxu.Az-ın "İzvestiya"ya istinadla verdiyi məlumata görə, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Katibliyi yanında İran İslam Respublikasının milli əlaqələndiricisi Mehrdad Kiyaei xəbər verib.

Onun sözlərinə görə, Azərbaycanla yanaşı, Ermənistan, Banqladeş, Kamboca və Şri-Lanka da müraciət edən ölkələr siyahısındadırlar.

"Bu ölkələr (Banqladeş istisna olmaqla) dialoq tərəfdaşı statusunu müşahidəçi statusuna dəyişmək istəyirlər. Biz, prinsip etibarilə, bu məsələyə baxmağa, həmçinin müvafiq ərizəçilər və təşkilatın üzv dövlətləri ilə razılaşdırılaraq müəyyən bir nəticəyə gəlməyə hazırıq", - deyə Mehrdad Kiyaei bildirib.

O vurğulayıb ki, onlar əvvəlcə müşahidəçi statusu almalıdırlar, yalnız bundan sonra tamhüquqlu iştirakçı ola bilərlər.

"Banqladeş dialoq tərəfdaşları sırasına daxil deyil, lakin müşahidəçi statusuna gedən yolda bu mərhələni keçmək olar. Bunun üçün təşkilatın bütün üzvlərinin razılığı lazımdır", - deyə Mehrdad Kiyaei əlavə edib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница