16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

BMT Azərbaycan hərbçilərinə təşəkkür etdi

BMT Azərbaycan hərbçilərinə təşəkkür etdi
BMT Azərbaycan hərbçilərinə təşəkkür etdi


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.

May.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq etdiyini vurğulayan müdafiə naziri ölkəmizin bu mötəbər təşkilat çərçivəsində hərbi sahədə də əməkdaşlığa başlandığını qeyd edib.

Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görülən işlərdən danışıb və BMT-nin bu istiqamətdə fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.

Müdafiə naziri bu yaxınlarda Nyu-York şəhərində keçirilən BMT tədbirlərində iştirakını xatırlayıb və burada keçirdiyi görüşlərin nəticələrini qonaqla müzakirə edib.
Q.İsakzai də, öz növbəsində, Azərbaycanın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni yüksək qiymətləndirib və Azərbaycan hərbçilərinin sülhə dəstək missiyalarında fəal iştirakına görə öz təşəkkürünü bildirib.

Görüşdə BMT çərçivəsində hərbi sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница