16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Sevgisinə xatir arıqlayıb inanılmaz dərəcədə DƏYİŞDİ - FOTOLAR

Sevgisinə xatir arıqlayıb inanılmaz dərəcədə DƏYİŞDİ - FOTOLAR
Sevgisinə xatir arıqlayıb inanılmaz dərəcədə DƏYİŞDİ - FOTOLAR


Britaniyanın Barvell şəhərindən olan fotoqraf Olli həyat yoldaşının dəstəyilə 50 kg çəki atıb.

MAY.AZ-ın zen.yandex.ru-ya istinadən verdiyi xəbərə görə, uşaqlıqdan artıq çəkidən əziyyət çəkən oğlan sarısaç, incə Mişellə ailə quranda özünü "Kinq-Konq" kimi hiss edib: qız ondan az qala iki dəfə arıq olub.

Öz bədəninə nifrət edən Olli sevdiyi qadına layiq olmaq üçün özünü və həyatını təmamilə dəyişmək qərarına gəlib. O, qida rasionundan zərərli və kalorili yeməkləri çıxarıb, idmanla məşğul olmağa başlayıb.


Sevgisinə xatir arıqlayıb inanılmaz dərəcədə DƏYİŞDİ - FOTOLAR


Həyat yoldaşı ona bu işdə mənəvi dəstək olub. Bu dəstəyə görə Olli hər dəfəsində ona təşəkkürünü bildirir.

Olli və Mişel 2000-ci ildə eyni universitetdə oxuyarkən tanış olublar. O zamanlar da köklükdən əziyyət çəkən oğlan cazibədar sarışın bir qadının onu sevə biləcəyinə şübhəylə yanaşıb. Lakin Mişel "toppuş" oğlanın içindəki gözəl insana vurulub.

Sevgisinə xatir arıqlayıb inanılmaz dərəcədə DƏYİŞDİ - FOTOLAR


2007-ci ildə onlar ailə qurublar. Aralarında sevgi olsa da, Olli artıq çəkisinə görə özünü tam xoşbəxt hiss edə bilməyib, daim komplekslər yaşayıb. Qadın nəhayət ona şərt qoyub: "Ya arıqla, ya da öz çəkinlə barış və şikayət etmə!"

Bu, onun həyatında dönüş nöqtəsi olub.

Hazırda "fastfood"lardan imtina edən Olli həftədə 6 gün idmanla məşğul olur. O, 5 il ərzində 50 kg arıqlayıb, bədənindəki piy faizi 50-dən 5,4%-dək enib.

Fotoqraf "Pure Elite" müsabiqəsində "Bədən Dəyişiklikləri" kateqoriyasında qalib olub.

Sevgisinə xatir arıqlayıb inanılmaz dərəcədə DƏYİŞDİ - FOTOLAR


Bu hadisədən sonra o, bir daha sevgilisinə eşq elan edib və evliliklərindən 20 il keçməsinə baxmayaraq, gələn il bir daha toy etmək qərarına gəlib.

"Xoşbəxt evliliyin sirri nədədir?" sualına Olli "Xanımınızla razılaşın" deyə cavab verib.


Sevgisinə xatir arıqlayıb inanılmaz dərəcədə DƏYİŞDİ - FOTOLAR


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница