"Titanik"dəki yaşlı qadın cavanlıqda BELƏ OLUB - Cek onu görsə, Rouza tərəf baxmazdı - FOTOLAR

"Titanik"dəki yaşlı qadın cavanlıqda BELƏ OLUB - Cek onu görsə, Rouza tərəf baxmazdı - FOTOLAR
Kanadalı rejissor Ceyms Kemeronun "Titanik" filminə baxmayan çətin tapılar. Burada baş qəhrəman olan Rouzun qocalığını canlandıran Qloriya Stüartın həqiqətdə gəncliyi necə olub?

MAY.AZ xarici mətbuata istinadən xəbər verir ki, 2010-cu ildə, 100 yaşında vəfat edən bu aktrisa ən yaxşı ikinci plan qadın roluna görə "Oskar" mükafatına ən yaşlı namizəd olub.

Cavanlıqda gözəlliyi ilə heyran edən Qloriya yalnız 87 yaşında "Titanik" filminə çəkildikdən sonra şöhrət qazanıb. 1998-ci ildə aktrisa Hollivuddakı Şöhrət Xiyabanında ("Walk of Fame") ulduza layiq görülüb. 
Gənc yaşlarında Stüart dövrünün ən gözəl və perspektivli aktrisalarından biri hesab olunub. 30 yaşdan sonra o, artıq "Universal" kimi nəhəng kinostudiyalarla çalışıb. Lakin nədənsə rejissorlar ona daim ikinci dərəcəli rollar veriblər, mətbuat isə onun yaradıcılığı barədə, demək olar ki, heç nə yazmayıb. Nəticədə, bu haqsızlıqdan bezən Qloriya ümumiyyətlə kino sahəsindən uzaqlaşıb.


Uzun illər ərzində o, müxtəlif sahələrdə fəaliyyət göstərib: dizayn, tipoqrafiya, rəsm və hətta bonsay sənəti.


1975-ci ildə Stüart yenidən ekranlara qayıtmaq qərarına gəlib, lakin aktiv şəkildə çəkilişlərdə iştirakına baxmayaraq, bu dəfə də aktrisa şöhrət əldə edə bilməyib. Lakin arzuladığı yerə aparan yolun uzunluğu 20 il çəkib və nəhayət 1996-cı ldə Ceyms Kemeronun köməkçiləri Qroliyanın sorağına gəliblər.
Artıq 90 yaş ərəfələrində olsa da, qadın şansı əldən verməməli olduğunu anlayıb və filmə çəkilməklə həyatının, bəlkə də, ən mühüm addımını atıb.
Daha öncə 80-dən çox filmdə çəkilən Qloriya Stüartın adı məhz "Titanik" filmindən sonra dünya kino tarixinə həmişəlik yazılıb.




















Foto
Gecə səmanı işıqlandıran meteorit görünüşü ilə heyrətləndirdi - VİDEO

Gecə səmanı işıqlandıran meteorit görünüşü ilə..

Foto
Ukraynada çəkilən bu görüntü hər kəsi duyğulandırdı - FOTO

Ukraynada çəkilən bu görüntü hər kəsi duyğulandırdı -..

Foto
Paşinyanın arvadı hərəkəti ilə Ermənistanı HİDDƏTLƏNDİRDİ: ölən əsgərin evində GÖRÜN NƏ ETDİ - FOTO

Paşinyanın arvadı hərəkəti ilə Ermənistanı..

Şou-biznes / Foto
Aygün Kazımovadan müzakirələrə səbəb olan - Fotolar

Aygün Kazımovadan müzakirələrə səbəb olan - Fotolar..

Foto
Məşhur model sarışın oldu

Məşhur model sarışın oldu..

Foto
Könülün 22 yaş kiçik sevgilisi: "Qısqananlar ölsün"

Könülün 22 yaş kiçik sevgilisi: "Qısqananlar ölsün"..

Rəylər (0)