Həbsdən çıxan "Zombi Ancelina" hamını aldadıbmış - FOTO

Həbsdən çıxan "Zombi Ancelina" hamını aldadıbmış - FOTO
Sosial mediada "Zombi Ancelina" və ya "Ölü gəlin" kimi tanınan iranlı fenomen Səhər Təbər həbsdən çıxandan sonra yerli televiziyalardan birinə müsahibə verib.
BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, 14 ay həbsdə olan gənc qadın efirdə diqqətçəkən etiraflar edib.
Heyran olduğu Hollivud ulduzu Ancelina Coliyə bənzəmək üçün 40 kilo arıqladığını və 50 dəfə estetik əməliyyat etdirdiyini bildirən, sonda görünüşü ilə bütün dünyanın diqqətini çəkən Təbər hamını aldatdığını söyləyib:
"Heç vaxt plastik əməliyyat etdirməmişəm".
Yalan danışmağına isə uşaqlıqdan məşhur olmaq istəyini səbəb gətirib.
O bildirib ki, sosial mediada yayılan görüntüləri montaj bacarığı sayəsində yaradıb:
"Instagramda" gördüklərinizin hamısı kompüter effektləri idi".
Təbər bildirib ki, daha məşhur olmaq istəmir və sosial medianı tamamilə həyatından çıxarıb:
"Nəinki özüm üçün şəxsi səhifə açacağam, heç telefonuma "Instagram" yükləməyəcəyəm".
Xatırladaq ki, əsl adı Fatimə Xişvənd olan 22 yaşlı məşhur əxlaqsızlığa və korrupsiyaya təhrik etməkdə ittiham edilib və o, 2019-cu ildə həbs olunub.


Foto
İslam inqilabından əvvəl İran (FOTOLAR)

İslam inqilabından əvvəl İran (FOTOLAR)..

Foto
51 yaşlı modelin AÇIQ-SAÇIQ görüntüsü HEYRAN ETDİ - FOTO

51 yaşlı modelin AÇIQ-SAÇIQ görüntüsü HEYRAN ETDİ -..

Foto
Adi yerlərdə çəkilən qeyri-adi FOTOLAR

Adi yerlərdə çəkilən qeyri-adi FOTOLAR..

Foto
Düşmən texnikalarının nömrələrindən ibarət lövhə NÜMAYİŞ ETDİRİLDİ

Düşmən texnikalarının nömrələrindən ibarət lövhə..

Foto
İllər "Laz Ziya"nın qızını daha da gözəlləşdirdi - FOTO

İllər "Laz Ziya"nın qızını daha da gözəlləşdirdi - FOTO..

Foto
“Zita və Gita” 50 il sonra TANINMAZ HALDA – FOTOLAR

“Zita və Gita” 50 il sonra TANINMAZ HALDA – FOTOLAR..

Rəylər (0)