08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Ağ Partiyanın sədri: "Milli Şurada vahid qərara gəlmə mexanizmi yoxdur"

Ağ Partiyanın sədri: "Milli Şurada vahid qərara gəlmə mexanizmi yoxdur"
Ağ Partiyanın sədri: "Milli Şurada vahid qərara gəlmə mexanizmi yoxdur"


“Hər hansı təşkilatın, partiyanın, qurumun idarəçiliyində mərkəzləşdirilmiş idarəçilik, qərarvermə, icraetmə strukturları nə qədər aydın olsa, o qədər idarəçilik optimal və səmərəli olar. Milli Şuranın idarəçilik məsələsi bir az qarışıqdır”.

Bunu “Report”a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı Milli Şuranın sədri Cəmil Həsənlinin 2 noyabr aksiyasını təxirə salması barədə çağırışına münasibət bildirərkən deyib.
O bildirib ki, Milli Şura yarandığı vaxt başqa, indi isə fərqli formatda fəaliyyət göstərir: “Misal olaraq, Rüstəm İbrahimbəyov orada fəxri sədridir və mövqeyi başqadır. Cəmil Həsənlinin isə başqa mövqeyi var. Faktiki olaraq qurumun rəhbəri Əli Kərimlidir. Onun da öz mövqeyi var. Yəni orada vahid qərara gəlmə mexanizmi yoxdur. Təbii ki, orada insanlar bu və ya digər formada qərarlar gözləyir. Mərkəzdəki fikir ayrılıqları aşağılarda daha böyük fəsadlara səbəb olur. Ona görə də bu, xoşagəlməz haldır. Dövlət idarəetməsinə iddialı olan qurumda belə halların baş verməsi düz deyil”.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница