16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Məni diskotekada görə bilməzsiniz" - Samira

"Məni diskotekada görə bilməzsiniz" - Samira
"Məni diskotekada görə bilməzsiniz" - Samira


Lazım bildiyim yerlərə gedib, çıxış edirəm. Məni də efirlərə çağırırlar. Amma özümə sərhəd qoymuşam. Sənət sıfır dərəcəsindədir, çıxım efirlərdə nə haqda danışım? Yaxşı ki, sosial şəbəkə var, klip çəkdirdim, orada yerləşdirdim. Kiməsə söz atmaq mənim xasiyətimə uyğun deyil.

MAY.AZ axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Samira ƏliMəryəm deyib. Sənətçi gündəmdən uzaqlaşmasından bəhs edib. samira efirlərdə yer alan bayağı ifaçıları tənqid edib:

"Mənimlə yanaşı bayağı ifaçıları da efirə dəvət edirlər. Bu, təkcə Azərbaycanda yox, dünyada qlobal problemə çevrilib. Efirlərdə sənət yox, şəxsi həyatın danışılması üstünlük təşkil edir. Kim 10 il əvvəl bilərdi ki, sosial şəbəkə aktiv olacaq? Ağlasığmaz paylaşımlar milyon baxış yığacaq? Mənim deməyimlə olmur, istəyən bayağı ifaçını efirə yenə çağıracaq. Elə sənətkarlar bundan şikayət edib ki... Kimin sözü eşidilib?

Dövlət kanalı dəvət edir, gedirəm. Orada sərhəd var. Kimləsə dalaşmısansa, məişət problemlərin, şəxsi həyatın pərdə arxasında qalır. Müğənni çıxıb sənətini göstərir. Həmin kanallara sərbəst çıxıram. Başqa kanallara gedirsən, filankəs onu dedi, başqası bunu. Kimə lazımdır? Mədəniyyəti təbliğ edirəmsə, məişət söhbətim niyə danışılmalıdır?".

Samira "Geri çəkilməyiniz toy sifarişlərinizi azaltmayıb" sualına belə cavab verib:

"Sosial şəbəkələr var, insanlar baxıb görür. Milyonlar qazanmıram, toy bazarında çalışan deyiləm. Kim çalışır, Allah canını sağ etsin. Məkanları olan tanışlarım var ki, məclisinə dəvət edir. Ayaqüstəyəm, yıxılmamışam. Mən və bir çox sənət dostlarım pul naminə gəlmədik. Gedib toyda oxuya bilmərəm? Mənim də ona istedadım çatır. Axı o pul boğazımdan keçməyəcək. Mən başqa musiqi ilə böyüyüb, öyrəndim. Etibarlı, sadiq insanam. Mənim 20-30 illik dostlarım var. Məni diskotekada görə bilməzsiniz, özümə qapanan biriyəm".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница