18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

"TikTok"da 14 milyon baxış: İtin insanabənzər üz cizgiləri diqqət çəkdi

"TikTok"da 14 milyon baxış: İtin insanabənzər üz cizgiləri diqqət çəkdi

İnsanabənzər üz cizgilərinə malik "Maks" adlı qıvrımsaç it sosial şəbəkələrdə gündəm olub. İt öz görünüşü ilə "TikTok" istifadəçilərini həm valeh edib, həm də bir qədər qorxudub.

BiG.AZ xəbər verir ki, bu barədə "Newsweek" nəşri məlumat yayıb.

Məlumata görə, Maks Alabama ştatındakı sığınacaqdan olan beş yaşlı itdir və damarlarında təxminən 10 müxtəlif cinsin qanı axır. Onun fərqli xüsusiyyətləri - geniş açılmış gözləri, büzülmüş dodaqları və çatılmış qaşları istifadəçilərin onu həmkarları, məşhurlar və hətta sehrlənmiş nağıl personajları ilə müqayisə etməsinə səbəb olub.

Adının açıqlanmasını istəməyən Maksın sahibi "Newsweek"ə açıqlamasında bildirib:

"Onun bu qədər küskün görünməsinin əsl səbəbi depressiyaya düşməsi deyil. Mənim övladlarım bütün günü onunla oynayırdılar və şam yeməyində "çipotle" yedik, o isə əlavə yemək istəyirdi".

Qadın qeyd edib ki, melanxolik üz ifadəsinə baxmayaraq Maks xoşbəxt itdir.

Maksın öz "TikTok" hesabı var. Sahibi onu doğuşdan sonrakı çətinliklərlə mübarizə apardığı zaman emosional dəstək üçün alıb:

"Düşündüm ki, Maksın videolarını ən azı bir neçə nəfərin gülümsəməsi üçün paylaşsam, bu, mənim də gülümsəməyimə kömək edəcək".

Maksın son videosu 14,3 milyondan çox baxış toplayıb və "TikTok" istifadəçiləri onun heyrətamiz dərəcədə insana bənzədiyini qeyd ediblər.

"Maks mənim iş yoldaşım Derrikə bənzəyir", - deyə bir istifadəçi yazıb. Başqa bir şərhçi isə onu aktyorla müqayisə edib: "Sizin itiniz Uill Ferrelə bənzəyir".

Bir çox istifadəçi isə qarışıq hisslərini ifadə edib:

"O, çox şirindir, amma eyni zamanda ondan bir az qorxuram", - deyə biri yazıb.

Sahibi bu reaksiyadan məmnun qalıb.

"Günlərdir xoşbəxtlikdən ağlayıram, inana bilmirəm ki, balaca Maksımız bu qədər çox insan tərəfindən sevildi. Ən təsirlisi odur ki, bir çox insan Maksın çətin anlarında onlara sevinc bəxş etdiyini yazıb. İstədiyim tək şey bu idi", - deyə o əlavə edib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница