16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Musiqi insan beyninə necə təsir edir? - Maraqlı kəşflər

Musiqi insan beyninə necə təsir edir? - Maraqlı kəşflər

Məlum olub ki, bəzi musiqi növləri insan beyninin fəaliyyətinə təsir edərək onu gücləndirə bilər.


Lent.az xarici mediaya istinadla xəbər verir ki, alimlər insanın keçmiş xatirələrinə qaytaran nostalji musiqiyə reaksiyasını araşdıraraq gözlənilməz nəticələr əldə ediblər.


Araşdırmada 18-35 yaş arası 29 gənc və 60 yaş və yuxarı 28 yaşlı insan nostalji musiqi dinləyərkən MRT testlərindən keçib. Alimlər hər bir iştirakçıdan onlarda şəxsi nostalji hissi oyadan altı mahnı seçmələrini istəyiblər.


Daha sonra onlar nəzarət qrupu üçün bəzi "tanış", bəziləri isə "yad" olan və oxşar musiqi xüsusiyyətlərinə malik mahnılar seçiblər ki, iştirakçıların beyin fəaliyyətini nostalji, tanış (nostalji hissi oyatmayan) və yad mahnılar dinləyərkən müqayisə edə bilsinlər. Bu, beyin fəaliyyətindəki fərqlərin yalnız musiqi xüsusiyyətləri və ya tanışlıqla deyil, məhz nostalji ilə izah olunmasını təmin edib.


Nəticədə məlum olub ki, nəzarət mahnılarından fərqli olaraq, nostalji mahnılar iştirakçıların beynində xeyli yüksək fəaliyyətə səbəb olub.


"Musiqinin yaratdığı nostalji, müxtəlif insanlarda və həyat boyu beyində çox aydın bir nümunə ilə əlaqəlidir.


Bu nümunə, şəxsi həyat hekayələrimiz haqqında məlumatları işləməyə və bizə zövq verən şeylərə reaksiyamızı təmin edən beyin hissələrini əhatə edir", - tədqiqatın aparıcı müəllifi Sara Hennessi izah edib.


Bundan əlavə, məlum olub ki, yaşlı və gənc insanlar nostalji musiqiyə fərqli reaksiyalar verirlər.


"Yaşlı insanlar təkcə ümumiyyətlə musiqi dinləyərkən daha çox müsbət emosiyalar yaşadıqlarını bildirməyiblər, həm də nostalji mahnılara gənc insanlara nisbətən daha güclü beyin reaksiyası nümayiş etdiriblər", - tədqiqatın müəllifi Erik V. Dolan bildirib.


Tədqiqatçılar hesab edirlər ki, yaşlı insanlarla bağlı əldə edilən nəticələr onların avtobioqrafik xatirələri daha çox xatırlamağa meylli olduqlarını göstərir. Bu məlumat musiqini Alzheimer xəstəliyi olan xəstələr üçün çox perspektivli terapiya vasitəsinə çevirir.


Bundan əvvəl Çin alimləri araşdırma apararaq bildiriblər ki, şokolad arıqlamağa və Alzheimer xəstəliyinin qarşısını almağa kömək edə bilər. Məlum olub ki, kakao paxlalarında olan teobromin yüksək xolesterinin yaddaş və idrak funksiyalarına təsirinə qarşı çıxa bilər.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница