16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Yatmazdan əvvəl çimənlərin nəzərinə!

Yatmazdan əvvəl çimənlərin nəzərinə!

Bəziləri üçün səhər duş qəbul etmək ayılmaq və təmiz başlanğıc deməkdirsə, digərləri üçün axşam çimdikdən sonra yatağa girmək rahatlığın rəmzidir.


May.az Milli.Az-a istinadla xəbər verir ki, ABŞ-də aparılan araşdırmalara görə böyüklərin 42 faizi səhər duş qəbul edir, 25 faizi isə axşam yuyunmağa üstünlük verir.

Britaniyalı klinik mikrobioloq Dr. Primrose Freestone bu məsələ ilə bağlı dəqiq fikir yürüdüb. O bildirir ki, gün ərzində bədənə toz, kir, allergenlər və yağ toplanır. Bunlar isə bakteriyaların artması üçün şərait yaradır və dərinin mikrobiomunu poza bilər. Axşam duş qəbul etmək bu çöküntüləri yatağa daşımamaq üçün faydalı sayılsa da, bu, problemin tam qarşısını almır. Freestone qeyd edir ki, insanlar gecə yatarkən tərləyir və bu tərləmə bakteriyaları daha da çoxaldır.

Üstəlik, dərimiz hər gün 1,5 qram - yəni yarım çay qaşığına yaxın ölü dəri hüceyrəsi tökür. Bu qalıqlar isə yataqda toplanaraq toz gənələrinin qidasına çevrilir. Gənələrin özləri dişləməsə də, onların nəcisi allergiya və astma simptomlarını ağırlaşdıra bilər.

Mütəxəssislər səhər duşunun, gecə yığılan bakteriya və qoxuya səbəb olan tərdən azad olmağa kömək etdiyini, bunun da insanın gün boyu daha təmiz və təravətli qalmasını təmin etdiyini deyirlər. Amma burada əsas məsələ duşun vaxtından çox, yataq dəstinin təmizliyidir.

Freestone-un fikrincə, istər səhər, istər axşam duş qəbul edin, vacib olan odur ki, yataq dəstinizi həftədə bir dəfə, yay aylarında isə daha tez-tez yuyasınız. Ev heyvanlarınız varsa və ya allergiyadan əziyyət çəkirsinizsə, bu interval 3-4 günə qədər endirilməlidir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница