13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA

Hansı daha faydalıdır: Səhər, yoxsa axşam çimmək?

Hansı daha faydalıdır: Səhər, yoxsa axşam çimmək?
Amerikalı mütəxəssislərin apardıqları araşdırma nəticəsində məlum olub ki, səhər çimmək beyin üçün faydalıdır.
Çoxumuz səhər oyandıqdan sonra, ya da gecə yatmazdan əvvəl duş qəbul edirik. Aparılan yeni araşdırma göstərib ki, duş qəbul etdiyimiz saatlar beyinə təsir edir. Araşdırmaya görə stressli işdə çalışanlar üçün ideal duş vaxtı səhərdir. Belə insanların səhərlər duş qəbul etməsi yaradıcılığı artırır. Alimlər yuxusuzluqdan əziyyət çəkənlərə isə axşam çimməyi məsləhət görüb.
Harvard Universitetində psixologiyadan dərs deyən Şelley Karson bildirib ki, araşdırma nəticələri işlərindən dolayı stressə düşən və ya yaradıcılıq baxımdan üzərilərində təzyiq hiss edən şəxslər üçün əhəmiyyətli olacaq: "Duş rahatlatıcı təsirə malikdir, eyni zamanda səhərlər yuyunmaq beyin hüceyrələrinə müsbət istiqamətdə təsir edir. Bu da yaradıcılığa təkan verir. Sinirlər sakitləşir, yenilənir və canlanır. Yeni fikirlər və həll yolları öz-özünə yaranır. Digər tərəfdən axşam duş qəbul etmək bədən temperaturunu nizama salır və daha rahat yuxuya getməyi təmin edir. Hamamdan çıxdıqda bədəndə meydana gələn sərinlik təbii yuxu hərəkətvericisidir. Bu şəkildə bədəninizi yuxu vaxtının gəldiyinə inandıra bilərsiniz".
Psixoloqun sözlərinə görə, hamam saatı qədər suyun temperaturu da mühümdür. O, etiraf edib ki, isti duş insana özünü yaxşı hiss etdirsə də, sağlamlıq baxımdan ilıq duş çox daha faydalıdır.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница