09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Beynin sözləri yadda saxlamaq üçün lazım olan hissələri məlum oldu

Beynin sözləri yadda saxlamaq üçün lazım olan hissələri məlum oldu

Yeni araşdırma beynin sözləri yadda saxlamaq üçün vacib olan hissələrini və epilepsiyanın bu prosesə təsirini müəyyən edib.


Lent.az "Science Daily" saytına istinadla xəbər verir ki, tədqiqat "Brain Communications" jurnalında dərc olunub. Həmin tədqiqat göstərib ki, beynin prefrontal, temporal və singulat kortekslərinin, həmçinin hipokampusun kiçilməsi sözlərin xatırlanmasını çətinləşdirir.


Tədqiqatda 84 temporal epilepsiya və hipokampal skleroz xəstəsi, eləcə də 43 sağlam insan iştirak edib. Yüksək dəqiqlikli MRT beyin skanları vasitəsilə beynin müxtəlif hissələrinin ölçüsü və forması analiz edilib. İştirakçılar şifahi yaddaş testlərindən keçib və nəticələr beyin ölçüləri ilə müqayisə olunub. Kiçik beyin bölgələrinin zəif yaddaşla əlaqəli olduğu müəyyənləşib.


Professor Con Dunkan bildirib ki, beynin hansı hissələrinin sözlərin xatırlanması üçün vacib olduğunu anlamaq epilepsiya xəstələrinin neyrocərrahi müalicəsinə istiqamət verməyə kömək edə bilər. Bu, əməliyyat zamanı yaddaş və dil üçün mühüm olan beyin bölgələrinin qorunmasına şərait yarada bilər.


Tədqiqat Böyük Britaniyanın Epilepsiya Tədqiqatı Fondu tərəfindən maliyyələşdirilib və NIHR UCLH Biotibbi Araşdırma Mərkəzi tərəfindən dəstəklənib.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница