16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Qarpızı kəsəndə bu baş verirsə... - Zəhərlidir, yeməyin

Qarpızı kəsəndə bu baş verirsə... - Zəhərlidir, yeməyin

Qarpız ən çox istehlak edilən yay meyvələrindən biridir. Həm sağlam, həm də təravətləndirici qida olan qarpız xüsusilə yüngül qəlyanaltı istəyənlər üçün ideal meyvə kimi tanınır. Ancaq hər yay qarpızdan zəhərlənmələr baş verir.

Bəs qarpız istehlak edərkən nələrə diqqət etməlisiniz?

BiG.AZ medicina.az-a istinadən xəbər verir ki, ilk diqqət edilməli məqam qarpızı düzgün vaxtda yeməkdir. Qarpız yeməkdən 2 saat sonra istehlak edilməlidir. Bu sayədə qan şəkərinizin ani yüksəlməsinin qarşısı alınacaq və həzm sisteminiz daha düzgün işləyəcək.

Həddindən artıq qarpız istehlak etsəniz, bəzi təhlükələrlə üzləşə bilərsiniz. Qarpızın tərkibindəki təbii şəkər qan şəkərinizdə nizamsızlıqlara və sağlamlıq problemlərinə səbəb ola bilər.

Bundan əlavə, qarpızı yeməklə birlikdə istehlak etmək də təhlükəlidir. Qarpızla birlikdə çoxlu çörək yesəniz, bunun orqanizminizə mənfi təsirləri ola bilər. Hər iki qida karbohidrat qrupunda olduğu üçün çəki problemi yaradacaq.

Qarpızı aldıqdan bir müddət sonra onun orta hissələri xarab olmağa və ya çürüməyə başlayır. Belə qarpız kəsiləndə pis qoxu gəlir və dadı dəyişmiş olur. Eləcə də xarab olmuş qarpız həddən artıq yumşaq olur və təravətləndirici xüsusiyyətlərini itirir.
Qarpızda bunları müşahidə etdikdə onu zibilə atmalısınız.

Bundan əlavə, qarpızı kəsdikdən sonra soyuducuda 3 gündən çox gözlətməməyiniz tövsiyə olunur.

Qarpız tumları ümumiyyətlə təsirsiz bir element kimi görünsə də, həzm oluna bilmədiyi üçün onları həddindən artıq istehlak etmək tövsiyə edilmir. Tumları yemək insan sağlamlığına ciddi bir zərər vermir. Ancaq həddindən artıq yedikdə həzm və qaz problemlərinə səbəb ola bilər.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница