13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA

Çiy yumurta yemək olar? - Dietoloq danışdı

Çiy yumurta yemək olar? - Dietoloq danışdı
Çiy yumurtanın ancaq hipotetik şəkildə yeyilə biləcəyi açıqlanıb.


Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə tanınmış dietoloq Yelena Solomatina danışıb.


Onun sözlərinə görə, yumurtanın ağı tam, sarısı isə yarı bişdikdə yaxşı həzm olunur. Ancaq yumurtalar bu şəkildə hazırlandıqda salmonellyoz xəstəliyinə yoluxma riski də var.


"Hipotetik olaraq çiy yumurta yeyə bilərsiniz. Qaynadılmış yumurtanın ağı tam və sarısı isə yarım bişmiş şəkildə daha yaxşı həzm olunur. Bu zaman yumurtanın tərkibində olan faydalı maddələr daha yaxşı mənimsənilir. Çünki yumurtanın tərkibində bir çox komponentin sorulmasına mane olan avidin var. Təhlükə ondadır ki, toyuq yumurtalarının salmonellyozla çirklənməməsinə zəmanət yoxdur. Bildirçin kimi quşların isə bədən istiliyi daha yüksəkdir və salmonellyoz praktiki olaraq baş vermir. Amma toyuq yumurtasında bu kimi risklər var. Belə ki, toyuq yumurtasının çiy yeyilməsi zəhərlənməyə səbəb ola bilər", - deyə dietoloq bildirib.


Solomatina onu da əlavə edib ki, yumurtanın ən təhlükəsiz istifadəsi üçün onları bərk olana qədər qaynatmaq və ya omlet şəkildə hazırlamaqdır:


"Yumurta sərtləşənə qədər qaynadılmalı və ya omlet kimi yeyilməlidir. Onlar yaxşı qızdırılmalıdır. Normal qaynadılmış, qızardılmış yumurta yaxşı həzm olunur".


Solomatinanın sözlərinə görə, yumurtanın yaxşı həzm olunması onun nə qədər saxlanmasından və saxlanmadan əvvəl yuyulmasından da asılıdır. Uzun müddət saxlandıqda yumurtanın məsaməliliyi artır. Yumurta çirklidirsə, bakteriyalar bu məsamələrdən içəri daxil ola bilər. Bu da sonradan xoş olmayan problemlərə gətirib çıxarır.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница