09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Xatirələrimiz doğru olmaya bilər - Alimlərdən ŞOK AÇIQLAMA

Xatirələrimiz doğru olmaya bilər - Alimlərdən ŞOK AÇIQLAMA
Hadisədən bir neçə saniyə sonra insanın zehnində o hadisə ilə bağlı "yalançı" xatirələr formalaşa bilər.
MAY.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Amsterdam Universitetinin əməkdaşlarının keçirdiyi maraqlı təcrübə göstərir.
Belə ki, tədqiqatda iştirak edən 534 nəfərə latın əlifbasının hərflərinin ardıcıllığını yadda saxlamaq təklif olunub, lakin hərflərin bəzisi çevrimiş fomada olub və bunu da yadda saxlamaq tələb olunub.
Məlum olub ki, dərhal soruşulduqda, səhvlər 20 faiz təşkil edib, lakin baxdıqdan 3 saniyə sonra yenidən soruşulduqda səhv cavabların sayı 30 faizədək artıb.
Maraqlıdır ki, iştirakçıların cavablarının səhv olduğu halda onlarda özlərinin düzgün olduqlarına dair əminlik olub.
İştirakçıların belə əminliyinə səbəb nə ola bilər?
Alimlərin ehtimalına görə, bu, qısamüddətli yaddaşın xüsusiyyəti ilə bağlıdır: yaddaş yalnız görülənləri deyil, həm də dünya haqqında subyektiv fikirləri qeyd edir. Qısamüddətli yaddaş bizə istədiyimizi və ya bacardığımızı görmək imkanı verir.
Beləliklə, Amsterdam Universitetinin təcrübəsi göstərir ki, hadisə haqqında yalan təsəvvürlər cəmi bir neçə saniyə sonra yarana bilər. Bu nəticə beynimizin necə işləməsini və ətraf aləmi necə qavramağımızı anlamaq üçün əhəmiyyətl məlumatdır.
Natəvan Baxşiyeva


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница