16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Sarıkökün qaraciyərə mənfi təsirləri nələrdir?

Sarıkökün qaraciyərə mənfi təsirləri nələrdir?
ABŞ Sağlıq İnstitutu sarıkökün qaraciyər toxumasına ölümcül zərər verə biləcəyini açıqlayıb.
Lent.az xəbər verir ki, həkimlər bu ədviyyatla əlaqəli onlarla qaraciyərin zədələnməsini aşkarlayıblar.
Həkimlər və tədqiqatçılar, heç bir sağlamlıq problemi olmayan 49 yaşlı qadının gündəlik sarıkök qəbulu səbəbi ilə qəflətən qusmasına şahid olublar.
Bundan əlavə, xəstənin gözlərinin və dərisinin ağları sarıya çevrilib. Bu da qaraciyərin zədələnməsinin xarakterik əlamətidir. Nəticədə xəstə həkimə müraciət edərək müalicəyə başlayıb.
Alimlər bildirirlər ki, oxşar hallar müxtəlif xəstəxanalarda qeydə alınıb. Bununla bütün xəstələrin gündəlik olaraq sarıkökdən istifadə etdikləri məlum olub.
Onlardan bəziləri səhərlər bir qaşıq sarıkök ilə su içiblər, bəziləri sarıkökdən hazırlanmış detoksdan istifadə ediblər.
Nəticədə belə vərdişləri olan bütün xəstələrdə eyni simptomlar - qusma, qarın ağrısı və göz ağlarının saralması halları aşkarlanıb.
Araşdırma göstərib ki, belə xəstələrin qaraciyəri qırmızı qan hüceyrələrinin təbii parçalanması zamanı əmələ gələn bilirubinin emalını dayandırıb.
O da qeyd edilib ki, insanların çoxu sarıkökü bədənə heç bir mənfi təsir göstərmədən də istifadə edə bilər. Bu əsasən insanların genetik fərqlilikləri ilə bağlıdır.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница