16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Kofeni nə zaman içmək lazımdır?

Kofeni nə zaman içmək lazımdır?
Tibb elmləri namizədi, endokrinoloq Zuxra Pavlova kofe içmək üçün ən uyğun vaxtın nə zaman olduğunu açıqlayıb.
O, öz "Telegram" kanalında bu gümrahlandıran içkini bilinənin əksinə olaraq səhərlər içməyin doğru olmadığını qeyd edib. Belə ki, bu, yuxululuq və enerji itkisinə səbəb ola bilər.
Həkim vurğulayıb ki, səhərə kofe ilə başlamaq düzgün deyil. Onun fikrincə, insan səhərlər özünü yorğun hiss edirsə və bu yorğunluğu kofenin aradan götürə biləcəyinə inanırsa, ilk öncə bu halın hansı xəstəliklə bağlı ola biləcəyini müəyyən etmək lazımdır.
Məsələn, səhərlər tez-tez təkrarlanan yorğunluq halları, ekspertin fikrincə, gündəlik rejimin düzgün nizamlanmaması, xroniki yuxusuzluq və ya gecə həddindən artıq yemək yeyilməsi ilə bağlı ola bilər. Mütəxəssis xəbərdarlıq edib ki, əsas səbəbi müəyyənləşdirmək əvəzinə yuxudan oyandıqdan dərhal sonra kofe içmək endokrin və sinir sistemini çökdürə bilər.
Pavlova bədəni məşqlərlə və ya qısa bir gəzinti ilə canlandırmağı, ətirli kofeni isə günortadan sonra - bədənə əlavə enerji mənbəyi lazım olduqda içməyi tövsiyə edir. (Oxu.az)


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница