16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Sizdə yastıpəncəlik var? TESTLƏ YOXLAYIN

Sizdə yastıpəncəlik var? TESTLƏ YOXLAYIN
Belə hesab olunur ki, dünyada yaşayan insanların 50%-ndə yastıpəncəlik var.
Qadınlarda yastıpəncəliyə kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir.
Yastıpəncəlik tək kosmetik qüsur deyil. Yastıpəncəlik müxtəlif və bəzən çox ağır fəsadların inkişafına səbəb ola bilər:
- pəncənin, böyük barmaqların deformasiyası (əyilməsi), qabarlar
- ayaqlarda ağrılar, ödemlər
- bud və diz oynaqları xəstəlikləri
- onurğanın deformasiyası, skolioz, osteoxondroz, fəqərə arası yırtıqlar
- radikulit
- varikoz xəstəliyi və s.
Yastıpəncəliyi olan insan uzun müddət ərzində ayaq üstə dayana bilmir, onun ayaqları tez yorulur, əmək qabiliyyəti azalır.
Böyüklərdə yastıpəncəliyi tam müalicə etmək mümkün olmasa da bəzi tədbirlərin köməyi ilə yastıpəncəliyin fəsadlarını (ayaqlarda ağrılar, yorğunluq, oynaqlar problemləri və s.) aradan qaldırmaq və ya azaltmaq mümkündür. Bu məqsədlə xüsusi bədən tərbiyəsi, fizioterapiya, massaj, xüsusi supinatorların (ayaqqabıların içinə qoyulan xüsusi altlıq) istifadəsi və s. tədbirlər istifadə olunur.
Saglamolun.az bildirir ki, özünüzdə yastıpəncəliyin olub-olmadığını təyin etmək istəyirsinizsə, bu testdən istifadə edin.
Pəncələrinizin alt hissəsinə hər hansı boya, yağlı krem və s. çəkin və ayağınızı ağ vərəqin üzərinə qoyun. Siz ayaq üstə, sizin üçün təbii olan vəziyətdə dayanmalısınız. Pəncənin izini aldıqdan sonra vərəqdə parallel və perpendikulyar xətləri çəkin (şəkildə göstərildiyi kimi).
Daha sonra pəncənizin izini şəkillə müqayisə edin.
Bu testin köməyi ilə böyüklərdə yastıpəncəliyin ilkin diaqnozunu qoymaq mümkündür. Lakin diaqnozu dəqiqləşdirmək üçün ortopedə müraciət etmək və bəzi xüsusi müayinələrdən keçmək lazımdır.
Nəzərinizə çatdıraq ki, bu test uşaqlarda istifadə olunmur.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница