16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Mütəxəssis gözlənilməz xəstəliklə bağlı gənclərə xəbərdarlıq etdi

Mütəxəssis gözlənilməz xəstəliklə bağlı gənclərə xəbərdarlıq etdi
"Uzun müddətdir ki, insult ancaq qocaların xəstəliyi olmaqdan çıxıb".


Bu barədə rusiyalı tibb eksperti Cavqarat Murtazəliyeva son dövrlərdə insult hallarının artmasına münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, gənclər arasında insult halları getdikcə daha çox müşahidə olunur.


"Əvvəllər 50-60 yaşlı insult xəstələri gənc sayılırdı. İndi bu yaş artıq bizi təəccübləndirmir. 40 yaşlılar artıq nadir deyil, hətta 30 yaşlı xəstələr də var. Bəzi hallarda tam sağalma mümkündür və xəstə nə qədər gənc olarsa, onun reabilitasiya potensialı da bir o qədər yaxşı olar. Çünki yaş artdıqca neyronların sayı azalır", - deyə mütəxəssis bildirib.


O, insanları hələ gənc yaşlarından sağlamlıqlarına nəzarət etməyə çağırıb.
Tibb işçisi insult barədə miflərə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu xəstəlik irsi deyil.


Bununla belə "ailə xəstəliyi" nəticəsində yarana biləcəyi barədə də xəbərdarlıq edib.


"Məsələn, insult üçün əsas səbəblər ürək problemləri, diabet və hipertoniyadır. İnsult riskini azaltmaq üçün mütəmadi olaraq sağlamlığınızı yoxlatmalısınız", - deyə Murtazəliyeva bildirib.(oxu.az)


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница