16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Oğlanlar daha çox nəyə əsəbiləşir?

Oğlanlar daha çox nəyə əsəbiləşir?

Elə kişilər var ki, onlar çox asanlıqla əsəbiləşirlər, dərhal özlərindən çıxırlar. Onları əsəbiləşdirmək üçün bəzən tək bir mesaj yazmağınız kifayət edir. Bəziləri isə çox sakit ruhludurlar. Onları qəzəbləndirmək çox asan olmur. Hərdən əsəbiləşsələr də bunu göstərmirlər, soyuqqanlılıqlarını qoruyub buna uyğun reaksiya verirlər.
Bəs, oğlanlar ən çox nəyə əsəbiləşir ?
Oğlanların xoşlanmadığı, onları qəzəbləndirən bir neçə məqamı sizə təqdim edirik:
Cütlüyün hər iki nümayəndəsi üçün valideyinlərin əvəzsiz yeri var. Amma hər zaman valideyinin dediklərinə istinad etmək oğlanları əsəbləşdirir. Onlara elə gəlir ki, siz onun barəsində mənfi düşüncədəsiniz, özbaşına qərar qəbul etmək iqtidarında deyilsiniz.
"Gözəl deyiləm" , "kökəm" və ya "yemək bişirməyi bacarmıram" kimi ifadələr kişiləri əsəbiləşdirən nüanslardandır. Öz çatışmazlıqlarınızdan çox danışmayın. Daim onlar haqda danışanda, qarşı tərəf də bu barədə düşünməyə başlayır. Müsbət keyfiyyətləriniz haqda söz açmağa çalışın.
Mesajlaşma zamanı ismarıca gec cavab verildikdə "Yazdıqlarıma cavab vermirsən, sən artıq məni əvvəl ki, kimi sevmirsən" kimi şeylər yazıb qarşı tərəfi hövsələdən çıxarmamağınız məsləhətdir. Ola bilsin ki, əlində vacib işi var və ya yazacaq vəziyyətdə deyil. Unutmayın ki, hər kəsin özəl həyatı var.
"Səncə mən gözələm ?" kimi suallar kişiləri əsəbiləşdirən şeylərdən biridir. Onlara bu sualı versəniz səmimi cavab almayacaqsınız. Əgər bu şəxs yanınızdadırsa, sizi sevirsə onsuzda onun gözündə siz bütün qadınlardan gözəlsiniz.
"Futbol çox mənasız idman növüdür!"
Qadınların bir çoxu futbolu sevmir. Amma unutmaq lazım deyil ki, oğlanların ən xoşladığı şeylərdən biri futbol oynamaq və ya onu izləməkdir. Kişilər öz hobbilərinə qarşı çox həssasdırlar. Bununla bağlı təhqiramiz ifadə işlədəndə öz ünvanlarına yönəlmiş təhqir kimi qəbul edirlər./Lent.az


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница