^
U

Qarşıdan yay fəsli gəlir. İdeal bədən formasına sahib ola bilmək hər bir xanımın arzusudur. Bu nəinki qadınların, həmçinin kişilərin də xəyalıdır. Artıq çəkidən əziyyət çəkən hər bir şəxs arıqlamaq üçün bütün üsullara əl atır. İdeal çəkiyə, ideal bədənə sahib olmaq o qədər də asan deyil.
Düzgün şəkildə arıqlamaq üçün nə etmək lazımdır? Arıqlamağın ən asan üsulları hansılardır? Daha tez çəki atmaq üçün nə etmək lazımdır?
Məsələ ilə bağlı suallarımızı BiG.AZ-a açıqlama verən dietoloq Səbinə Yusifova cavablandırıb.
Onun sözlərinə görə, yay fəsli xanımlar üçün arıqlamağın ən doğru zamandır.
"Çünki qışda proqramla arıqlamağa hər kəsin büdcəsi uyğun olmur və yaxud qışda hava şəraitinə görə yürüşlərə gedə, idman edə bilmirlər. Yəni bədən daha az enerji sərf edir və buna görə də qışda çəki vermək bir az çətin olur. Amma yayda həm meyvə-tərəvəz bol olur, həm qiymət baxımından hər kəsin büdcəsinə uyğun olur. Hətta rayonda yaşayan xanımlar üçün də arıqlamaq daha rahat olur. Qışdakı proqramlarımıza adətən brokkoli, gül kələmi, ağ və qırmızı kələm, göyərətilər daxildir. Onları hər kəs ala bilmir. Amma yayda həm gün uzun olur, həm bədən daha çox su tələb edir. Qışda su içmək də çətin olur. Bədən nə qədər su qəbul edirsə, bir o qədər də tər ifraz edir. Bu da ödəmin rahatlıqla atılmasına səbəb olur. Arıqlamaq istəyənlər yürüşlərə vaxtında çıxır, idman edə bilirlər".
Diyetoloq, həmçinin, formada qalmaq üçün ilk növbədə sağlam qidalanmanın vacib olduğunu qeyd edib:
"Çünki sağlam qida, sağlam həyat deməkdir. Bunu həyat tərzinizə çevirməlisiniz. Çəkinizin artmamasını, həmişə formada qalmaq istəyirsinizsə, sağlam qidalanmaya fikir verməlisiniz. Demirəm ki, ömürlük şirniyat və tortdan imtina edin, Xeyr! Təbii ki, onları da yemək lazımdır. Amma mütləq onu yedikdən sonra heç olmasa detokslardan istifadə edin, sağlam qidalanın ki, bu, orqanizmdə balanslaşsın.
Arıqlamaq deyərkən, bəzi xanımların ilk ağıllarına dərman vasitələri, çaylar, kokteyllər və yaxud kofelər gəlir. Düşünürlər ki, bu vasitələrdən istfadə etdikdə daha tez arıqlayacaqlar. Əslində bunlar onların sağlamlığına xələl yetirməkdən başqa bir işə yaramır. Bu vasitələrlə onlar mədə-bağırsaqlarını poza, bağırsaqlarda çat əməl gətirə, babasil yarada bilərlər.
Yəni bu vasitlərin heç biri sağlıqlı deyil. Hətta bəzi çaylar var ki, onlar mədə-bağırsaq sistemini pozmaqla onkoloji xəstəliklər yarada bilir. Sadəcə düzgün qidalanmaq, beyinə düzgün siqnal ötürməklə öz iradənizlə pəhriz saxlaya bilərsiniz. Hər hansı bir dərman vasitəsinə ehtiyac yoxdur.
Sağlam qidalanaraq 1 aya maximum 7-8 kq çəki atmaq mümkündür. Uzun müddət ac qalaraq, daha az kalori qəbul edərək arıqlamağın da tərəfdarı deyiləm. Çünki bu zaman yağdan getmir, bədən öz suyunu itirir, əzələ öz kütləsini və arıqlayarkən çox da yaxşı görüntü yaranmır. Dəri sallanması yaranır. Bədən öz vitaminlərini itirdiyi üçün dirnaqlarda qırılma baş verir, saç tökülür. Bədən çox zəifləyir. Amma normal qidalandıqda daha sağlam arıqlaya bilərsiniz".
Mehriban Xəlilli
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Maraqlı ve Meslehetli Oxunub: 273 Tarix: 25-04-2023, 20:00
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az