Понедельник
ноя 25

Yaşlı qadın evinin hamamında 8 gün yeməksiz qaldı

Yaşlı qadın evinin hamamında 8 gün yeməksiz qaldı


İngiltərənin Lafboro şəhərində yaşayan 75 yaşlı qadın öz evinin hamam otağından 8 gün çıxa bilməyərək ac qalmalı olub.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "The Mirror" yazır.

Bağlı qapı arxasında qalan yaşlı qadın yalnız krant suyu içərək sağ qalıb.

Belə ki, noyabrın 20-də qadının görünmədiyindən nigaran qalan qonşuları polisə müraciət ediblər. Ünvana gələn polis əməkdaşları qapını sındıraraq evə daxil olub və qadını hamam otağından çıxarıblar.

Hadisə yerinə yetişən həkimlər onu xəstəcxanaya yerləşdiriblər. Qadın acından əziyyət çəksə də, ümumi vəziyyəti normal olub.

Natəvan Baxşiyeva

Комментарии (0)

Оставить комментарий