
02
июля
2025
12:00
Azərbaycan Polisi 107 yaşında
Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.
MAY.AZ xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarında paylaşım edilib.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul - Azərbaycan Polisi Günü elan edilib.