18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Azərbaycanda 12 vəkil intizam pozuntusuna yol verib

Azərbaycanda 12 vəkil intizam pozuntusuna yol verib

Azərbaycanda 12 vəkilin intizam pozuntusu qeydə alınıb.

"Report" xəbər verir ki, bununla bağlı Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının növbəti iclasında müzakirə aparılıb.

İclasda ümumilikdə 25 müraciət əsasında (onlardan 6 müraciət digər işlərlə eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə 19 işə baxılıb, 2 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 17 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunub:

- 12 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olması;

- 2 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması;

- 3 intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması.

Müvafiq rəy qəbul edilən işlərin 11-i fiziki şəxslərdən, 3-ü məhkəmələrdən, 3-ü isə prokurorluq orqanlarından daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olub.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən işlərin 7-si fiziki şəxslərin, 3-ü prokurorluq orqanlarının, 2-si məhkəmələrin müraciətləri üzrə olub, məhkəmələrdən daxil olan 1 müraciət və fiziki şəxslərdən daxil olan 1 müraciət üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması, fiziki şəxslərdən daxil olan 3 müraciət üzrə isə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması barədə rəylər verilib.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilmiş intizam işlərindən:

- 4 intizam işində "vəkilin məhkəməyə, ibtidai istintaq orqanına və digər proses iştirakçısına qarşı hörmət və nəzakətlə davranmayıb onların ünvanına qeyri-etik ifadələr işlətməsi" (4 vəkillə bağlı 4 fakt);

- 2 intizam işində "vəkilin qabaqcadan təyin olunmuş məhkəmə iclaslarında və istintaq hərəkətlərində iştirak edə bilməməsinin üzrlü səbəblərinə dair əvvəlcədən lazımi qaydada məlumat vermədən iştirak etməməsi" (2 vəkillə bağlı 14 fakt);

- 2 intizam işində "vəkilin müraciət edən şəxsdən müqavilədənkənar qaydada nağd şəkildə pul vəsaiti alması (2 vəkillə bağlı 2 fakt)";

- 1 intizam işində "vəkilin öz peşə borcunu lazımınca yerinə yetirməyərək, işin gedişatı və nəticəsi ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi məlumatlandırmaması" (1 vəkillə bağlı 1 fakt);

- 1 intizam işində "vəkilin öz peşə borcunu vicdanla yerinə yetirməyərək, iş üzrə apellyasiya şikayətini qanunvericilikdə nəzərdə tutulmuş formada tərtib etməməsi və qanunla müəyyən edilmiş prosessual müddəti ötürməklə verməsi" (1 vəkillə bağlı 1 fakt);

- 1 intizam işində "vəkilin dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə bağlı öz peşə borcunu lazımınca yerinə yetirməyib formal vəkilliyə yol verməsi (1 vəkillə bağlı 1 fakt)";

- 1 intizam işində "vəkilin müvafiq istintaq hərəkətlərinin protokollarını əsaslı səbəb olmadan və hər hansı qeydlər vermədən imzalamaqdan imtina etməsi" (1 vəkillə bağlı 1 fakt) halları intizam pozuntusu kimi qiymətləndirilib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница