18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Siqaret çəkənlərə PİS XƏBƏR

Siqaret çəkənlərə PİS XƏBƏR

Hər bir siqaret insan ömrünü orta hesabla 20 dəqiqə qısaldır - kişilərdə 17 dəqiqə, qadınlarda isə 22 dəqiqə.

BAKU.WS xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya verdiyi müsahibədə psixiatr və narkoloq Ruslan İsayev məlumat verib.

"Əvvəllər hesab edilirdi ki, bir siqaret insan ömrünü təxminən 11 dəqiqə azaldır. Lakin müasir məlumatlar və uzunmüddətli müşahidələr əsasında aparılan yeni araşdırma daha dəqiq nəticələr ortaya qoyur. Nəticədə, siqaret çəkənlər siqaret çəkməyənlərlə müqayisədə təxminən 10 il daha az yaşayır", – deyə mütəxəssis qeyd edib.

O bildirib ki, tütün çəkmək yalnız ömrün uzunluğunu yox, həm də onun keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirir, xroniki xəstəliklərin vaxtından əvvəl inkişafına səbəb olur.

ABŞ-ın Narkotik İstismarına Qarşı Milli İnstitutu (NIDA) da daxil olmaqla müxtəlif tədqiqatlar göstərir ki, 60 yaşdan yuxarı siqaret çəkənlərdə ölüm halları siqaret çəkməyənlərə nisbətən iki dəfə daha çoxdur və onlar orta hesabla altı il daha tez vəfat edirlər.

Bununla belə, İsayevin sözlərinə görə, siqareti atmaq üçün heç vaxt gec deyil – hətta yaşlılıqda belə bu addım insan ömrünü uzada bilər.

"Siqareti atmaq çətindir, çünki nikotin insan orqanizmində bir çox biokimyəvi proseslərdə iştirak edir. Onu kənardan qəbul etməklə insan bu təbii prosesi pozur və nəticədə güclü biokimyəvi və psixoloji asılılıq yaranır. Bu, sadəcə iradə məsələsi deyil – bu, tibbi bir problemdir və sistemli yanaşma ilə, həkim nəzarətində həll olunmalıdır. Nikotin asılılığı da digər xəstəliklər kimi elmi əsaslı metodlarla müalicə olunmalıdır," – deyə həkim vurğulayıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница