18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

İnsanlıq yox olarsa, Yer kürəsinin yeni hakimi bu canlılar ola bilər

İnsanlıq yox olarsa, Yer kürəsinin yeni hakimi bu canlılar ola bilər

Planetimizdə həyatın milyardlarla illik tarixində saysız-hesabsız növlər yaranıb və yox olub. Hal-hazırda insanlar əsas növ sayılır, lakin alimlər və gələcəkşünaslar tez-tez "əgər biz olmasaydıq nə olardı?" sualını ortaya atırlar.

MAY.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, yeni bir araşdırmaya əsasən, insanlıq hər hansı bir səbəbdən Yer kürəsindən silinsə, planetin nəzarətini ələ keçirmək potensialına malik ən güclü namizədlər böcəklər olacaq. Bu nəzəriyyə böcəklərin inanılmaz uyğunlaşma qabiliyyəti, sürətli çoxalma xüsusiyyətləri və demək olar ki, planetin hər yerində mövcud olmaları kimi amillərə əsaslanır.

Böcəklər Yer üzərindəki canlı növlərinin böyük hissəsini təşkil edir və ən müxtəlif canlı qruplarından biridir. Buzlaqlar altındakı dərin okean çökəkliklərindən tutmuş, quraq səhralara və yüksək dağlara qədər hər mühitdə yaşaya bilirlər. Bu uyğunlaşma qabiliyyəti, onların iqlim dəyişiklikləri, təbii fəlakətlər və ya ekoloji dağıntılar kimi genişmiqyaslı hadisələrə qarşı davamlı olmalarını təmin edir. Digər tərəfdən, ekosistemin mövcudluğunu davam etdirə bilməsi üçün də böcəklərə ehtiyac var. Bitkilərin çoxalması və torpağın üzvi maddələrlə zənginləşməsi məhz bu canlıların fəaliyyəti ilə mümkün olur.

İnsanlığın səbəb olduğu ətraf mühit dəyişikliklərinə belə heyrətamiz uyğunlaşmaları, böcəklərin gələcəkdə hakimiyyət əldə etmə ehtimalını gücləndirir. Həmçinin onların qısa həyat dövrləri və sürətlə çoxalma qabiliyyətləri, təkamül prosesini sürətləndirərək dəyişən şəraitə tez uyğunlaşmalarına şərait yaradır. Elm-fantastika filmlərində insanlıq yox olduqda yerin meymunlar tərəfindən ələ keçiriləcəyi tez-tez təsvir olunsa da, böcəklərin təkamüllə planetin üstün canlısına çevrilməsi ehtimalı heç də az deyil.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница