11:52 Sabahın hava proqnozu AÇIQLANDI - 27.07.2024  ///  11:51 Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı vəziyyət necədir?  ///  10:39 Dağlıq rayonlarda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ  ///  08:23 2024-cü ilin ən yaxşı elektrik avtomobillərinin reytinqi açıqlanıb  ///  08:11 Bakıda bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ  ///  09:33 Ağadadaş Ağayev tanışını baltaladı  ///  08:09 Azərbaycanda un ucuzlaşıb  ///  10:09 Şuşada II Qlobal Media Forumu başlayır  ///  10:55 Sabah bəzi yerlərdə yağış yağacaq - 20.07.2024  ///  13:36 İlham Əliyev Böyük Britaniyada səfərdədir  ///  11:57 Paşinyan Londonda İlham Əliyevlə görüşdən imtina edib - Hikmət Hacıyev AÇIQLADI  ///  09:33 Diqqət! Bakı sakinlərinin NƏZƏRİNƏ - Saat 12-dən etibarən...  ///  11:59 Bu şəxslər 2000 manat cərimə ediləcək  ///  11:01 İyulun 13-də bəzi yerlərdə 40 dərəcə isti olacaq  ///  11:46 İlham Əliyev monqolustanlı həmkarını təbrik etdi  ///  08:53 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA - 11.07.2024  ///  08:53 Baş nazirin əmək pensiyası ilə bağlı qərarı kimlərə şamil olunur?  ///  12:46 Azərbaycan əhalisinin yanacaq xərcləri 6%-ə yaxın artıb  ///  11:57 Küləklə bağlı sarı xəbərdarlıq EDİLİB  ///  11:53 Məhərrəm ayında toy etmək olmaz?  ///  09:41 Bakıda iki icra başçısına ciddi XƏBƏRDARLIQ EDİLDİ  ///  09:40 40° isti olub - Faktiki hava  ///  11:32 İstirahət günü 39° isti olacaq  ///  08:48 Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA  ///  11:00 İlham Əliyev Cozef Baydenə təbrik məktubu göndərdi  ///  13:52 Sabah 36° isti olacaq - Hava proqnozu  ///  09:13 Əhaliyə VACİB XƏBƏRDARLIQ - Bu gecə saat 00-dan etibarən...  ///  07:49 Sosial şəbəkələrdə gündəm olan kivi sirkəsi arıqlamağa kömək edirmi? - Həkimdən AÇIQLAMA  ///  07:47 Mənzil bazarında kəskin BAHALAŞMA  ///  07:45 Sürücülərin NƏZƏRİNƏ: Rüsum TƏSDİQLƏNDİ  ///  11:26 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?  ///  11:22 Azərbaycanda 12 vəkil intizam pozuntusuna yol verib  ///  08:05 Hərbi xidmətə yararsız şəxslərin aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA  ///  08:00 Çayxanaların həyətində oturmağa qadağa qoyulub? - AÇIQLAMA  ///  13:54 Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur? - VACİB MƏLUMATLAR  ///  13:49 Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - Bu tarixlərlə bağlı XƏBƏRDARLIQ  ///  11:50 Taksilərlə bağlı qərardan sonra maşın bazarında son vəziyyət: "Prius"lar sıradan çıxır"  ///  11:07 Bakının bu ərazilərinə yeni marşrutlar istifadəyə verilib  ///  11:06 Qiymətlər DƏYİŞDİ: Azərbaycanda minimum əməkhaqqı 400 manata QALDIRILIR?  ///  08:06 Bu gündən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minir  ///  20:55 Avtobus və metroda sərnişin daşımanın qiyməti DƏYİŞDİ  ///  20:53 Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq  ///  20:52 Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ  ///  13:10 Çimərliklərdə gözlənilən hava şəraiti AÇIQLANDI  ///  11:06 Gələn ayın ilk günü hava yağıntılı olacaq  ///  19:25 Alimlərdən plastik qablarla bağlı XƏBƏRDARLIQ  ///  10:54 Bu halda telefonla danışmayın - Əhaliyə XƏBƏRDARLIQ  ///  10:51 FHN əhaliyə müraciət etdi  ///  09:22 Azərbaycanda bu şəxslərə hər ay PUL VERİLƏCƏK  ///  07:49 Azərbaycanda 5 bal gücündə zəlzələ oldu  ///  
Banner
Пятница
июн 10

"Səni atmaq istəmirəm..." - Leyla Əliyeva

"Səni atmaq istəmirəm..." - Leyla Əliyeva


Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yeni şeir yazıb.

MAY.AZ xəbər verir ki, Leyla Əliyevanın yeni şeiri "Səni atmaq istəmirəm" adlanır.

Şeiri təqdim edirik:

(Я не хочу тебя бросать)

Səni tərk etmək çətin!.. -
Mən bunu istəmirəm...
amma atıb gedəcəm
bu səddi yenməliyəm.

Məğlub olmaq üçünmü
Oyun oynadın? – Nədən?!
Bir sual et özünə -
Dərk et bunu dərindən...

Neyçin oyuna girdin?
Ağ bayraqla bitirdin.
Öncədən bilə-bilə,
Sən sonunu yetirdin.

Bunu bilirdin, əlbət,
Amma gözə almadın,
Zəfər ciddi addımdır,
Sən bunu anlamadın.

Yoxdur qalib! – Heç bunu
Gətirmə xəyalına.
Zəfər sözü çox yaddır
Bu oyunun adına...

Həyat elə həyatdır
Filmlərə aldanma
Bəs onda səbəb nədir
Təlaşa, həyəcana?..

Gözlərinə baxıram –
Hisslər, duyğular labüd...
Sanma gənc ürəkdədir
Bütün şübhə, tərəddüd...

İnanırdın sonunda
Hər şey yaxşı olacaq,
Hər halda gözləyirdin,
İnanmağınsa – nahaq...

Sonun axırı budur,
Belə də olmalıymış..!
Ən sona nöqtə qoyub
Yeni həyat başlamış...

İtirməksə çətindir,
Bunu mən də bilirəm
Çünki özüm bu yolu
Qarış-qarış gəlirəm...

"Bağışla” desəm sənə
Yüngüllük taparsanmı?
Ən duyğulu anında,
İtirdiyini duyub
Köksün üstə sıxdığın
Bu nazik əllərimi
Xahiş eləsəm səndən
Açıb buraxarsanmı?

"Sızıldama, ağlama!” –
Yox, ağlayan deyilsən..!
"Unut, yadından çıxart!” –
Unudan da deyilsən...

Xahiş edirəm, süzmə
Həsrətli gözlərinlə...
Yanaşı olanda da
Təkdin öz aləmində...

Az da olsa, əqlimi,
Başımdan eyləmişdin.
Səni mən Məcnun etdim;
Etirafda gecikdim..?

Lap boynuma alsam da,
günahımı – nə fayda?..
Günahlar silinəcək
Gün üfüqdən baxanda...

Sən də qeyb olacaqsan,
Günahlarla birlikdə...
Təlaşlanma, yellənmə
qürubun yedəyində.

Mən sənə "yox!” deyirəm
"Yox” mövcud olmasa da...
Yolasa tək çıxıram
Həyəcanlar sarsa da...

Aramızda uçurum –
Dərinliyi bir ümman.
Torpaq tökmə – bitişməz
Heç cəhd etmə, ay oğlan.

Gedirəm, qəzəbliyəm,
Kinim – oddan-alovdan..!
Addımlarımsa kövrək,
Arxasında bir inam...

Tərcümə :Mahir Qabiloğlu

Rəylər

Reyler (0)

Оставить комментарий
Temu