16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Leyla Əliyeva qız anası oldu (FOTO)

Leyla Əliyeva qız anası oldu (FOTO)
Leyla Əliyeva qız anası oldu (FOTO)


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olan körpə qızı övladlığa götürüb. BAKU.WS-in məlumatına görə, Fondun icraçı direktoru Anar Ələkbərov APA-ya müsahibəsində belə deyib.

O, müsahibəsində Heydər Əliyev Fondunun fəaliyyəti, gələcək planları və fondun vitse-prezidenti Leyla Əliyevanın övladlığa götürdüyü uşaq haqqında danışıb:

"Tərəfimizdən uşaq evləri, internat məktəbləri tez-tez ziyarət olunur və bu mütəmadi ziyarətlərin, ünsiyyətin sayəsində buradakı uşaqlarla, gənclərlə mehriban və səmimi münasibət yaranıb. Artıq demək olar ki, bu müəssisələrdəki hər bir usağı, hər bir gənci ayrı-ayrılıqda öz adı ilə belə tanıyırıq. Bu qarşılıqlı münasibətin nəticəsidir ki, Fondun vitse-prezidenti Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanmış və həmin körpəni övladlığa götürmüşdür.Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница