09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

"Telefonu uzun müddət yaxın məsafədən izləmək gözlər üçün daha təhlükəlidir" - Həkim-oftalmoloq

"Telefonu uzun müddət yaxın məsafədən izləmək gözlər üçün daha təhlükəlidir" - Həkim-oftalmoloq

Müasir dövrdə insanların ən çox istifadə etdiyi cihazlar kompüter və telefondur. Bu isə göz sağlamlığı ilə bağlı narahatlıqları artırır. Hər iki cihazın uzunmüddətli istifadəsi gözlərdə yorğunluq, quruluq və görmə zəifliyi kimi problemlərə səbəb ola bilər.

Həkim-oftalmoloq Şəlalə Verdiyeva BiG.AZ-a bildirib ki, kompüter ekranı daha böyük olduğuna görə məsafə nisbətən uzaq olur və bu, gözlərə bir qədər az yük salır.Telefon isə daha yaxın məsafədən istifadə olunduğu üçün gözlərin fokuslanma yükü artır və yorğunluğu tezləşdirir:

"Əslində cihazın özü deyil, onunla necə və nə qədər müddət işləmək əsas zərər faktorudur. Telefonu uzun müddət yaxın məsafədən izləmək gözlər üçün daha təhlükəlidir.
İstər telefon, istərsə də kompüterdən istifadə zamanı 20-20-20 qaydasına əməl etmək lazımdır. Hər 20 dəqiqədən bir 20 saniyə ərzində ən azı 6 metr uzağa baxmaq. Bundan əlavə, ekran parlaqlığını düzgün tənzimləmək, qaranlıq otaqda cihazdan istifadə etməmək və gözləri tez-tez qırpmaq göz sağlamlığını qorumaqda vacibdir.
Telefon daha yaxın məsafədən istifadə edildiyi üçün gözlərə kompüterdən bir qədər çox zərər verir. Amma hər iki cihazın uzunmüddətli istifadəsi göz sağlamlığına mənfi təsir göstərə bilər".



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница