20:49 Robert De Niro Bakıya gələcək 20:48 Noyabr ayının ən faydalı mövsüm meyvəsi - Şirəsindən gündə bir stəkan içmək… 20:47 Alimlər infarkt və insultun qarşısını almağın yeni yolunu KƏŞF ETDİ - Bu dərmanla… 20:45 Duzlu və acılı qidaların orqanizmə zərərləri açıqlandı 20:44 Azərbaycanda bəzi yerlərdə ətin qiyməti ENDİ 10:21 Bakıda balta ilə arvadını öldürən kişi özünü asdı 10:20 Çox yaxında əlinə xeyli pul gələcək 3 BÜRC 10:19 Günə kofe içərək başlayanlar mütləq oxusun - Bu saatlarda qətiyyən OLMAZ 10:18 Əhalinin NƏZƏRİNƏ - Bu ərəfələrdə… 10:17 D vitamini həddindən artıq içilərsə, hansı nəticələr verə bilər?

DİQQƏT, TƏHLÜKƏLİDİR! Oyuncaqdan imtina edən uşaqlar BUNA MARAQ GÖSTƏRİR - VİDEO

DİQQƏT, TƏHLÜKƏLİDİR! Oyuncaqdan imtina edən uşaqlar BUNA MARAQ GÖSTƏRİR - VİDEO
DİQQƏT, TƏHLÜKƏLİDİR! Oyuncaqdan imtina edən uşaqlar BUNA MARAQ GÖSTƏRİR - VİDEO


"Oyuncaq istəmirəm, "Youtube" istəyirəm"

Nəzərə alsaq ki, internetin inkişaf etdiyi dövrdə yaşayırıq, azyaşlıların da bu rəngarəng dünyaya - internetə marağı böyükdür.

MAY.AZ ARB TV-yə istinadən xəbər verir ki, internetin maraqlı olduğu qədər neqativ təsirləri də var.

"Bu oyuncaqlarla oynamaq istəmirəm, "Youtube" istəyirəm".

Ayan 5 yaşındadır. Valideynlərinin etirazına baxmayaraq vaxtını daha çox internetdə keçirir. İzlədiyi videolar isə əvvəlki dövrlərdə uşaqların baxdıqlarından fərqlidir.

"İnternet yoxsa oyuncaqlar?" sualına internet deyə cavab verən balaca Ayan cizgi filmlərinə marağı olmadığını deyir.

Psixoloqlar bildirirlər ki, internet uşaqlara kompüter, planşet, mobil telefon və digər cihazlar vasitəsilə təqdim olunduğu üçün daha çox maraq çəkir. İnternetdən normadan artıq istifadə beyini yorur, daxili gərginliyi artırır, diqqəti yayındırır və uşaqların ünsiyyət qurmalarında ciddi problemlərə yol açır.

"İnternetə yönəlmə insanları bir-birindən uzaqlaşdırır. Bu da depressiyalara gətirib çıxarır. İnternet asılılıq dünyada konkret xəstəlikər siyahısına daxil edilib. Misal üçün Rusiyada valideyn övladını internet asılılıqdan müalicə etdirmək üçün nevropatoloq, psixoloq yanına aparır", - psixoloq Aidə Nəbiyeva qeyd edir.

"Kaspersky Lab" şirkətinin dünya üzrə araşdırmalarına görə bu yay uşaqlar sosial şəbəkələrdə ünsiyyətdən çox video məzmun və musiqiyə üstünlük veriblər. Ən məşhur portallar isə "Facebook" və Youtube" olub. Azərbaycanda proqram təminatı, video və musiqi yer alan saytlara daxil olan azyaşlıların payı 34,5 faizdir. İnternetin günü-gündən daha əlçatan olması səbəbindən uşaqlar asanlıqla bu təhlükənin qurbanına çevrilirlər. Ekspertlərin fikrincə problemin həlli üçün həm valideynlərin, həm də provayder şirkətlərin üzərinə öhtəliklər düşür.

İKT üzrə ekspert Cahid İsmayıloğlu da mövzu ilə bağlı öz fikirlrini bölüşüb: "Valideynlər bu işlə məşğul olan mərkəzlər tərəfindən maarifləndirilməlidirlər. İnternet provayderlər də diqqətli olmalıdırlar. Onlar vətəndaşlara zərərli informasiyalardan təmizlənmiş intermet təqdim etməlidirlər".

Əfsuslar olsun ki, hazırda Azərbaycanda fəaliyyət göstərən bəzi provayder şirkətləri ictimayətə "süzgəcdən" keçirilmiş internet təqdim etmirlər. Ekspertlər zərərli məlumat yayımlayan saytların xüsusi qara siyahıya salınmasını və bu işdə Avropa təcrübəsindən istifadəni təklif edirlər.

Яндекс.Метрика MobTop.az
Menu Kabinet Poçt Live Страница