18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

NİİM motosiklet və moped sürücülərinə müraciət edib

NİİM motosiklet və moped sürücülərinə müraciət edib

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) motosiklet və moped sürücülərinə müraciət edib.

Oxu.Az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Qeyd olunub ki, ötün gün günorta saatlarında Heydər Əliyev prospektində, metronun "Koroğlu" stansiyası istiqamətində motosiklet sürücüsü çoxzolaqlı yolda qaydanı pozaraq avtomobillərin intensiv hərəkət etdiyi digər zolağa daxil olub və motosiklet yanıb:

"Ona kömək etmək istəyən minik avtomobilinin sürücüsü isə yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.

Nəticədə həmin sürücülərin törətdiyi qayda pozuntularına görə, paytaxtın əsas prospektlərindən birində ciddi sıxlıq yaranıb.

Motosiklet və moped sürücülərinə qaydalara əməl etmələri ilə bağlı çoxsaylı müraciətimizə baxmayaraq, yollarda fürsət yaranan kimi "qaydanı pozum, heç bir problem olmaz" düşüncəsi ilə bu nəqliyyat vasitələrini necə gəldi idarə edənlər az deyil. Həmin sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, müşahidə kameraları 24 saat işləyir və onların törətdikləri hər bir qayda pozuntusu nəzarətdən kənarda qalmır. Mərkəz olaraq növbəti dəfə moped və motosiklet sürücülərinə tövsiyə edirik ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə, digərlərinin həyatını təhlükəyə atmasına, eləcə də yollarda sıxlığın yaranmasına səbəb olmasınlar".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница