16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Taksi sürücülərinə ŞAD XƏBƏR: fərqlənmə nişanını Azərpoçtdan da ala biləcəklər

Taksi sürücülərinə ŞAD XƏBƏR: fərqlənmə nişanını Azərpoçtdan da ala biləcəklər
Taksi sürücülərinə ŞAD XƏBƏR: fərqlənmə nişanını Azərpoçtdan da ala biləcəklər


Taksi sürücüləri artıq Azərpoçtdan da fərqlənmə nişanını əldə edə biləcəklər.

MAY.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, yeni qayda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə yaradılıb:

"Şəhərlərarası gediş-gəlişə məhdudiyyət qoyulduqdan sonra biz düşündük ki, taksi sürücülərinin işini asanlaşdıraq. Belə ki, bundan sonra onların bir şəhərdən digər şəhərə gedib DANX-ın regional mərkəzinə yaxınlaşmasına ehtiyac qalmır. Bundan sonra nazirliyin digər qurumu olan Azərpoçt artıq sənədləşmə prosesində iştirak edir. Sürücülər Azərpoçtun hər regionda olan filialına yaxınlaşaraq fərqlənmə nişanını əldə edə bilərlər. Onlar bu sənədi əldə etdikdən sonra sürücü haqqında məlumat "icaze.e-gov.az" saytına yerləşdiriləcək".

N.Allahyarova bildirib ki, bu günə kimi 201 taksi sürücüsü fərqlənmə nişanı əldə edib. Vəziyyətdən sui istifadə etmək istəyən şəxlərə fərqlənmə nişanı verilməyəcək. Son 6 ayda mütəmadi olaraq fərqlənmə nişanı alan taksi sürücülərinə üstünlük veriləcək.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница