09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Bakıda sahibsiz itlər bina sakinlərini evə "həbs etdilər" - VİDEO

Bakıda sahibsiz itlər bina sakinlərini evə "həbs etdilər" - VİDEO
Bakıda sahibsiz itlər bina sakinlərini evə "həbs etdilər" - VİDEO
Bakıda sahibsiz itlər bina sakinlərini evə "həbs etdilər" - VİDEO


Hövsan qəsəbəsində yaşayan sakinlər sahibsiz itlərin çox olmasından şikayətlənirlər. Qəsəbədə sahibsiz itlər o qədər çoxdur ki, hətta bəzi hallarda sakinlər binalarından çıxmaqda çətinlik çəkirlər. Ən böyük təhlükə isə sözsüz ki, uşaqlaradır.


BAKU.WS xezerxeber.az-a istinadən məlumatına görə, sahibsiz itlər sakinləri evlərinə "həbs edib".



Görüntülər Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayış binalarının birinin qarşısında çəkilib. Binanın qarşısına yığışan onlarla sahibsiz it bloka girişi bağlayıb və ordan heç kimin çıxmasına imkan vermir.


Qəsəbə sakinləri itlərin əlindən cana doyduqlarını deyirlər.



İtlər təkcə binaların həyətlərində yox, qəsəbənin mərkəzi parkında istirahət edənlərə də təhlükə yaradır. İtlərin əsas hədəfi isə parkda oynayan azyaşlılardır.


Sakinlər dəfələrlə məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini, ancaq hələlik heç bir nəticəsinin olmadığını deyirlər. Ərazi üzrə 104 saylı Mənzil İstismar Sahəsinin rəsmiləri də itlərlə bağlı sakinlərdən onlara müraciət daxil olduğunu təsdiqlədilər.



Sakinlərin istəyi sahibsiz itlərin qısa zamanda ərazidən uzaqlaşdırılmasıdır.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница