16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

6 maşın yandıran prezident təqaüdçüsü haqqında yeni faktlar üzə çıxdı

6 maşın yandıran prezident təqaüdçüsü haqqında yeni faktlar üzə çıxdı
6 maşın yandıran prezident təqaüdçüsü haqqında yeni faktlar üzə çıxdı


Gədəbəydə 6 avtomobili yandıran 25 yaşlı gənc Novruz Vəliyev barədə yeni faktlar ortaya çıxıb.

Bu barədə Trend-ə Gədəbəy rayonunun Fərzalı kənd sakinləri məlumat verib.

Sakinlər bildirirlər ki, həmin şəxs kənddə dəfələrlə təxribatlar törətsə də, onun barəsində ciddi tədbir görülməyib: "Bu, onun birinci hadisəsi deyil. Dəfələrlə kənddə hadisə törətməyə cəhd edib. Kənddə boş qalan evləri bir neçə dəfə yandırmağa cəhd edib. Sakinlərin müdaxiləsindən sonra onun belə hərəkətlərinin qarşısı alınıb. Təxminən 6-7 ay əvvəl Fərzalı kəndində bir evi benzin töküb yandırdı. Evin sahibi İsrafil Əliyev və onun həyat yoldaşı rəhmətə gedəndən sonra ev boş qalmışdı. Novruz da evin boş qalmasından istifadə edərək evə benzin töküb yandırmışdı. Hadisədən sonra polis onu saxlayaraq müalicəyə göndərdi. Amma az müddətdən sonra yenidən buraxdılar".

Sakinlər deyirlər ki, N. Vəliyev yaşadığı kənddə və yaxınlıqdakı kəndlərdə hamını hədələyib, birinin evini, birinin maşınını yandıracağını bildirib.

Sonuncu hadisədən sonra Novruz Vəliyev Bakıdakı ruhi əsəb dispanserlərindən birinə təkrar müalicəyə göndərilib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница