09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

2019-cu ildə Azərbaycan manatının taleyi necə olacaq?

2019-cu ildə Azərbaycan manatının taleyi necə olacaq?
2019-cu ildə Azərbaycan manatının taleyi necə olacaq?


Dünya iqtisadiyyatında baş verən dəyişikliklər beynəlxalq valyuta bazarına təsir göstərir. Ötən ilin son aylarından başlayaraq, ABŞ dolları dünya ölkələrinin valyutalarına nisbətən bahalaşmaqda davam edir.

Bu bahalaşma Azərbaycan manatına da təsir göstərəcəkmi?

Suala cavab tapmaq üçün iqtisadçı ekspert Vüqar Bayramovla əlaqə saxladıq. Ekspert BAKU.WS-ə açıqlamasında bildirdi ki, manatın məzənnəsi həmişə olduğu kimi Mərkəzi Bankın yürütdüyü siyasətlə müəyyənləşir.


“2019-cu ildə manatın məzənnəsinə iki faktor xüsusi təsir göstərəcək. Birinci növbədə, neftin qiyməti Mərkəzi Bankı qəbul edəcəyi qərara birbaşa təsir edəcək. Xüsusilə neftin qiymətinin 45 dollardan aşağı düşməsi Mərkəzi Bankın manevr imkanlarını məhdudlaşdıracaq.

Bundan başqa, Azərbaycanın qeyri-neft ixracatı sahəsində tərəfdaş ölkələrinin milli valyutasındakı məzənnə manatın gələcək taleyinə təsir göstərəcək. Xüsusən də, Rusiya rublun məzənnəsi bizim üçün xüsusi önəm daşıyır.

Dolların dəyərinin yüksəlməsi də eyni zamanda manatı risk altında qoyur.

Bundan başqa, dollara olan təlabatın artması manatın məzənnəsinə təsir göstərir. Xüsusən də, mart, aprel, may, avqust və dekabr aylarında dollara olan təlab artır. Oxşar tələb artımları 2019-cu ildə də müşahidə ediləcək. Lakin yenə də əsas qərar Mərkəzi Bank tərəfindən veriləcək”, - deyə Vüqar Bayramov bildirib.

Ziya SƏCCAD

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница