Özlərini qazi kimi təqdim edən şəxslər polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstəriblər

Özlərini qazi kimi təqdim edən şəxslər polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstəriblər
Bəzi internet TV kanallarında özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntülərini əks etdirən iddialar yayılıb.
İddialara cavab olaraq, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov BAKU.WS-ə bildirib ki, həmin şəxslərdən 2 nəfər polisin qanuni müdaxiləsindən yayınaraq intihara cəhd görüntüsü yaradıb.
Sentyabrın 22-də saat 21:30 radələrində özünü qazi kimi təqdim edən bir qrup şəxsin Bakı Dövlət Universitetinin tələbə yataqxanasına daxil olaraq bir neçə otağı zəbt etmələri ilə bağlı polisə məlumat daxil olub.
Həmin şəxslər sentyabrın 21-də və bu gün yataqxanada əlavə otaqlar zəbt etmək məqsədilə həmin ünvana gəliblər. Həmin şəxslərdən, borclu qismində axtarışda olan — 1993-cu il təvəllüdlü Mahmudov Rufan Aleksandr oğlu özünü "Varis" şəhid ailələri və qazılərə qayğı ictimai birliyinin üzvü və müharibə iştirakçısı kimi təqdim etməklə tabesizlik nümayiş etdirib, qanunsuz tələblər irəli sürüb.
Bu zaman R.Mahmudovla birlikdə əvvəllər də Yasamal rayonu A.Abbasov küçəsində yerləşən Həkimlərin təkmilləşdirmə İnstitutunun otaqlarını zəbt edən 3-cü dərəcəli əlillik statusu olan, 1993-cü il təvəllüdlü Süleymanov Ruslan Fazil oğlu və digərləri özlərini qazı kimi təqdim etməklə münaqişə yaradıblar, polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstəriblər. Onlar polis orqanına dəvət edilib. Onların sağlamlıq vəziyyəti nəzərə alınaraq barələrində müvafiq tədbirlər görülür.
Xeberler
"Donuz qripi"ndən 11 nəfər öldü

"Donuz qripi"ndən 11 nəfər öldü...

Xeberler
Rövşən Lənkəranski məşhur avtoritetləri İstanbula topladı

Rövşən Lənkəranski məşhur...

Xeberler
Azərbaycan Prezidentinin fərmanı ilə hərbi vəziyyət elan olunub

Azərbaycan Prezidentinin fərmanı...

Xeberler
Ad günündən özünü asan məmur haqqında ilginc məlumatlar - Ailəsinə görə Bakıya qayıtmışdı....

Ad günündən özünü asan məmur...

Xeberler
Azərbaycan və Türkiyə hərbçiləri gələn həftə Naxçıvanda birgə təlim keçirəcək

Azərbaycan və Türkiyə hərbçiləri...

Xeberler
Gürcüstanda qəflətən dünyasını dəyişən Zeynəb intihar edib? - Yaxını danışdı

Gürcüstanda qəflətən dünyasını...

Комментарии (0)