16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda polis onu öldürmək istəyən şəxsi güllələdi - ŞOK HADİSƏ

Azərbaycanda polis onu öldürmək istəyən şəxsi güllələdi - ŞOK HADİSƏ
Azərbaycanda polis onu öldürmək istəyən şəxsi güllələdi - ŞOK HADİSƏ


Göygöl rayonunda silahlı insident olub.

MAY.AZ xəbər verir ki, publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Göygöl rayon Polis şöbəsinin Sarısı bölməsinin əməkdaşı Hüseynov Vüsal Mürsəl oğlu ərazidə gəzinti apararkən oğurluq edən 2 nəfəri müəyyənləşdirib. O, həmin şəxslərin kimliyini müəyyənləşdirmək üçün yaxınlaşıb. Bu zaman oğurluğa cəhd edən şəxslər başı qotazlı çomaqlarla polis əməkdaşına vurmağa başlayıblar. V.Hüseynovun yerə yıxıldığını görən şəxslərdən biri bıçaqla ona hücum edərək öldürməyə çalışıb. Bunu görən polis əməkdaşı üzərindəki xidməti silahdan 8 dəfə havaya atəş açıb. Ona bıçaqla zərbələr endirmək istəyən şəxsin fikrindən daşınmadığını görən polis daha sonra həmin şəxsin dağ və sol ayaqlarına 3 dəfə atəş açıb.

Atəş səsinə gələn şəxslərin köməkliyi ilə müxtəlif dərəcəli xəsarətlər almış Vüsal Hüseynov və güllə xəsarətləri almış şəxs xəstəxanaya aparılıb.

Məlum olub ki, oğurluqla məşğul olan və xidməti vəzifə başında olan polisə hücum edən şəxslər 1964-cü il təvəllüdlü Miriyev İnşallah Əşrəf oğlu və 1974-cü ildə anadan olmuş Hümbətov Şaiq Hümbət oğludur.

Ayağından güllə xəsarətləri alan İ.Miriyein vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница