09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

İstirahətə gedəndə "apteçkanda" nə olmalıdır? – Həyati vacib dərmanlar

İstirahətə gedəndə "apteçkanda" nə olmalıdır? – Həyati vacib dərmanlar
İstirahətə gedəndə "apteçkanda" nə olmalıdır? – Həyati vacib dərmanlar


Uzaq ölkəyə kurorta və istirahətə, səfərə getdikdə özünlə mütləq kiçik apteçka götürməlisən. Yəni vacib dərmanları və tibbi vasitələri bir qaba yığıb çemodana qoy. Xüsusilə ailəlikcə yay istirahətinə gedənlər zədə, yanıq, zəhərlənmə, soyuqlama və digər xəra-bəladan sığortalanmadığını bilir. Düzdür səfər sığortası var. Amma təcrübə göstərir ki, xarici ölkədə, dağda, meşədə, dənizdə sığorta şirkəti ilə danışıb həkim tapana kimi gec də ola bilir. Yaxınlıqda aptek olmaya da bilər.

Ona görə sizi xilas edəcək və tanıdığınız dərmanlardan ibarət apteçka sizi xilas edə bilər.

MAY.AZ medicina.az-a istinadən istirahətə özünüzlə götürə biləcəyiniz dərmanları təqdim edir.

Soyuqlama, qripə qarşı

Çox adam dənizdən sonra soyuqlayır, qrip, qızdırma başlayır. Soyuqlamanı elə də müalicə etməyə gərək yoxdur, 5 günə özü çəkilir. Əsas çoxlu maye qəbul etmək lazımdır. Amma əlinizin altında bir qızdırma əleyhinə, bir burun damcısı olsa, işiniz yüngülləşər.

İbuprofen, parasematol, boğaz üçün sovurucu vasitələr, burun yumaq üçün damcı götürün. Mütləq termometr də götürməlisiz.
ÖZünüzlə antibiotik götürməyə gərək yoxdur, çünki virus infeksiyaları və qızdırma antibiotiklə sağalmaz.
Əgər hərarət düşməsə, qusma, ishal başlasa, yaxınlıqdakı təcili yardıma gedin.

Günəşdən qorunma vasitələri

Çox isti, günəşli istirahət yerlərinə və dənizə gedəcəksizsə, günəşdən yanmaqdan qorunmaq üçün həm günəşdən qorunmaq, həm də sonrası üçün kremlər, losyonlar, mazlar, yanığa qarşı vasitələr götürün.

Travma,zədələr üçün

Sarğı materialı, yod, bant, plastır, antiseptik, xlorqeksidin, levomikol bəs edər.

Yanıqlara qarşı

Artıq dünyada Pantenol yanıq vasitəsi kimi istifadə olunmur. Əslində birinci dərəcəli yanıqda dəri çox zədələnməyibsə, dərman lazım deyil. Sadəcə yanıq yerinə soyuq su qoymaq lazımdır. Ağrı əleyhinə isə ibuprofen kifayət edər. Yanığın üzərinə maz, yağ çəkmək olmaz, yoxsa suluq atar.

Həşəratlardan qorunma

Ən vacib preparat Repellent sizə çox həşəratın yaxınlaşmasının qarşısını alacaq. Amma Rusiyada tərəflərdə səfərdə olsanız, Sibir gənəsindən özünüzü qoruyun, ensefalit ola bilərsiz.

Tailand, Malayziya, Vyetnama getdikdə isə, malyariyaya qarşı peyvənd etdirin, ya da xüsusi preparatlar alıb gedin.

Allergiyaya qarşı

Yeni olduğunuz ölkənin havası, yeməyi, bitkiləri sizdə allergiya yarada bilər. Ona görə aptekinizdə müasir, effektiv antihistamin allergiya preparatları olmalıdır.

Ciddi allergiyası olanlar, allergiyadan üzü, boynu şişəcək qədər problemli insanlar özləri ilə Deksametazon ampulları, şpris və spirt götürməlidir.

Zəhərlənmə əleyhinə

İstirahətdə ən çox zəhərlənmə faktları olur. Bunun üçün yanınızda sorbentlər, qara kömür və no-şpa olmalıdır.

Mədə yanğısı və qıcqırması üçünsə Omeprazol lazım ola bilər.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница