Понедельник
янв 23

Əhali arasında yayılan xəstəlik koronavirusla bağlıdır? - AÇIQLAMA

"Əslində hazırda Azərbaycanda yayılan qripin koronavirusla əlaqəsi yoxdur. Çünki xəstələrdən respirator yaxma analizi götürəndə neqativ çıxır. Bu da onu göstərir ki, bu, çox yayılan xəstəlik koronavirus deyil".
Bunu BiG.AZ-a infeksionist-hepatoloq Mərdan Əliyev ölkədə son vaxtlar yayılmış virusla bağlı danışarkən deyib.
Həkim bildiirb ki, bir çoxlarının yoluxduğu xəstəliyin adı "Influenza" virusudur:
"Hazırda geniş yayılmış bu xəstəlik qrip virusudur – "Influenza", yəni bildiyimiz qrip. Bu qrip kəskin respirator virus infeksiyasıdır. Biz bunlara qripəbənzər xəstəliklər deyirik. Bunlar 200-dən çox virusu birləşdirir. Amma qrip bunların içində əslində yüngül sayılmır, əksinə ən ağır keçəndir.
Qrip də ağır gedir, qızdırma verir, sonra öskürək kəskin bronxit əlamətləri olur, bəlğəmli öskürək yaranır. Hətta ağırlaşmalar müşahidə edilir. Xüsusilə immun sistemi zəif olan, yaşı 65-dən yuxarı şəxslərdə pnevmaniyalar da ola bilir. Yəni qrip belə hallara səbəb ola bilir. Ona görə də bu da yüngül gedən xəstəlik deyil. Düzdür, normal ummuniteti olan şəxslərdə hər hansı bir ağırlaşmalar müşahidə etmirik. Sağalırlar, amma biraz daha kəskin olur. Tədricən boğaz ağrısı ilə başlayır və sonra şiddətlənir. Burun axması, burun tutulması, baş ağrısı, halsızlıq, bəzilərində sümük və əzələ ağrıları ilə müşahidə edilir. Xəstəlikdən sonra uzunmüddətli kəskin bronxit əlamətləri, yəni bəlğəmli öskürək müşahidə edilir. Təbii ki koronavirusla bağlı probelm hələ də qalır, pandemiya davam edir. Xüsusən də Çin hazırda böyük təhlükədir. Koronavirsula bağlı bizim üçün böyük bir problem yoxdur. Artıq bizdə kollektiv immunitet formalaşıb deyə koronavirusla işimizi bitmiş hesab edə bilərik. Amma dediyim kimi, pandemiya hələ də davam edir və buna görə də risk qrupuna daxil olan şəxslər ehtiyatlı olmalıdırlar. Çünki onlar üçün koronavirus infeksiyası hələ də təhlükəlidir.
İlk 2-4 gün ərzində ev şəraitində müalicə lazımdır. Artıq 3-4 gündən sonra yüngülləşmə getməlidir, bir həftə ərzində tamamilə artıq sağalma baş verir. Əgər bir həftə ərzində qızdırma davam edirsə və yaxşılaşma getmirsə artıq həkimə müraciət etmək lazımdır".

Комментарии (0)

Оставить комментарий