^
U

Payız fəslinin daxil olmasından 2 həftədən çox vaxt keçsə də, hələ də havalar istidir. Eləcə də yay aylarının gəlişinə baxmayaraq ilk vaxtlarda soyuq hava müşahidə edilir. Bu da fəsillərin gecikməsi kimi dəyərləndirilir.
Payız fəsli başlayandan bəri havaların dəyişkən keçməsi bir çox sahələrə təsir edib. Xüsusilə də kənd təsərrüfatına. Sabirabadlı fermerlər bildirirlər ki, iqlim dəyişikliyi bəzi sahələrə müsbət, bəzilərinə isə mənfi təsir edib. Yəni, yağıntıların olmaması taxıl əkininə maneə yaratsa da, pambıqçılığa təsir etməyib.
Tovuzlu fermerlər isə deyirlər ki, havanın gah isti, gah sərin keçməsi meyvə-tərəvəzin vaxtından tez yetişməsinə və məhsuldarlığın zəifləməsinə səbəb olub.
Fermerlər həmçinin bildirirlər ki, havaların soyumaması gəmiricilərin sayını da artırıb.
Zaqatalalı fermerlər isə deyirlər ki, isti havalar üzüm təsərrüfatı üçün yaxşı olsa da, digər sahələrin işini ləngidib.
Havaların qeyri sabit keçməsi ilə bağlı Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirir ki, son bir neçə ildə havanın temperaturu artıb, yağıntılar isə xeyli azalıb.
Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev də bildirir ki, qlobal iqlim dəyişikliyi kənd təsərrüfatına ciddi ziyan vurur və qarşısını almaq, ziyanı azaltmaq üçün qabaqlayıcı tədbirlər görülür.
Faiq Xudayev həmçinin qeyd edir ki, belə havaların yem emalını azaltması quşçuluq və heyvandarlığa da təsir edir. Mütəxəssisin sözlərinə görə, noyabrın sonuna kimi yağıntının miqdarı az olarsa, təhlükə gözlənə bilər. (xəzərxəbər)
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 210 Tarix: 8-10-2022, 19:25
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az