17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Havaların belə keçməsi normaldırmı?

Havaların belə keçməsi normaldırmı?
Havaların belə keçməsi normaldırmı?


Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən hava şəraiti may ayı üçün xarakterikdir.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, ötən gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu çoxillik iqlim normasından 2-3 dərəcə yüksək olub:

"Bu günki hava şəraiti isə may üçün səciyyəvidir. Küləkli, yağışlı hava şəraiti may ayı üçün xarakterikdir".

Qeyd edək ki, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra dünəndən başlayaraq, ölkə ərazisində havanın temperaturu 9 dərəcəyədək enib.

Bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gündüz 18-21 dərəcə isti olacağı gözlənilir. Axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

menu Menu game Oyunlar mail Poçt live Live profile Страница