18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Bakıda sərnişinlər üçün VACİB XƏBƏR

Bakıda sərnişinlər üçün VACİB XƏBƏR
Bakıda sərnişinlər üçün VACİB XƏBƏR


Dünən axşam saatlarından metronun "Koroğlu" stansiyası ətrafından sərnişinlərin gediş-gəlişini təmin etmək üçün Bakı ətrafı qəsəbələrə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) tapşırığı ilə əlavə avtonəqliyyat vasitələri cəlb edilib.

BAKU.WS xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, hazırda əlavə 24 avtonəqliyyat vasitəsi 20 yanvar m/st - "Avtovağzal" m/st üzrə sərnişin axınını nizamlamaq üçün Bakı Nəqliyyat Agentliyi ilə birgə gücləndirilmiş qaydada sərnişinlərin daşınmasını təşkil edir.

Bakı Beynəlxalq Avtovağzal kompleksi öz növbəsində regionlara daşımaları həyata keçirən daşıyıcı şirkətlərə müraciət edərək 12 avtonəqliyyat vasitəsini əlavə olaraq xidmətə təqdim edib. DANX-ın Xüsusi təyinatlı nəqliyyat vasitələri sərnişinlərin daşınması üçün BNA və DYP ilə birgə sıxlığın müşahidə olunduğu ərazilərdə xidmət edirlər.

Ümumilikdə şəhərlərarası daşımada iştirak edən daşıyıcıların iştirakı ilə DANX tərəfindən bu saata qədər 60 avtonəqliyyat vasitəsi əlavə olaraq xidmət üçün səfərbər edilib.

"Ehtiyac olarsa, avtonəqliyyat vasitələrinin sayı artırılacaq. Xüsusi olaraq qeyd edək ki, sıxlığın ən çox müşahidə olunduğu ərazilər "Neftçilər", "Əhmədli", "20 yanvar" metro stansiyalarının önüdür. Həmin istiqamətlərdə əlavə nəqliyyat vasitələri xidmət edir", - deyə məlumatda vurğulanıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница