21:22 İlber Ortaylı vəfat etdi 16:44 Azərbaycanda bu tarixdə QISA İŞ GÜNÜ OLACAQ 18:08 "ChatGPT" hər sorğuya 64 litr su sərf edir? 10:59 Media.az xəbər portalının səkkiz yaşı tamam olur 22:37 Mədə-bağırsaq xəstəliklərində edilən səhv: Yanma, şişkinlik nəyin xəbərçisidir? 22:35 İftar vaxtı - 1 mart 2026: Ramazanın 11-ci günü 22:34 İran BAEA Şurasının təcili fövqəladə iclasını tələb edib 22:33 KİV: ABŞ İrana zərbələr zamanı ilk dəfə kamikadze dronlardan istifadə edib 22:32 Pezeşkian: Minabda törədilən cinayət xalqın yaddaşından silinməyəcək 22:10 ABŞ-nin İrana zərbələri davam edəcək

Sükan arxasında narkotik qəbul etdiyi deyilən sürücü barədə RƏSMİ AÇIQLAMA

Sükan arxasında narkotik qəbul etdiyi deyilən sürücü barədə RƏSMİ AÇIQLAMA
Sükan arxasında narkotik qəbul etdiyi deyilən sürücü barədə RƏSMİ AÇIQLAMA



Sükan arxasında narkotik vasitə istifadə etdiyi deyilən sürücü barədə hüquq-mühafizə orqanlarına müraciət olunub.

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, fakt öz təsdiqini taparsa, daşıcı şirkət barədə ölçü götürüləcək:

"İyun ayının 26-da Bakı-Laqodexi marşrut xətti üzrə hərəkətdə olan beynəlxalq daşımalara aid müntəzəm marşrut xəttində sürücü Şabanov Zaur Sabir oğlunun sükan arxasında narkotik vasitədən istifadə etdiyinə dair sərnişin tərəfindən daxil olan şikayət və videogörüntü ilə bağlı hüquq-mühafizə orqanlarına şifahi şəkildə məlumat verilib. Fakt öz təsdiqini taparsa daşıyıcı şirkət tərəfimizdən ciddi xəbərdarlıq almaqla yanaşı, xətdən 1 ay müddətinə uzaqlaşdırılacaq".

N.Allahyarova əlavə edib ki, sərnişinlər bu cür hallarla və digər qayda pozuntuları ilə rastlaşdıqları təqdirdə ilk növbədə hüquq-mühafizə orqanlarına və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 566-52-58 nömrəli Çağrı Mərkəzinə müraciət etsinlər.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница