09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Bakının bu çimərliklərində çimmək qadağan olunub

Bakının bu çimərliklərində çimmək qadağan olunub
Bakının bu çimərliklərində çimmək qadağan olunub


Azərbaycanda bu gündən çimərlik mövsümü başlayır.

Publika.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə iyunun 15-dən çimərlik mövsümü açıq elan edilib.

Lakin heç də bütün çimərliklər istifadəyə yararlı deyil. Belə ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Monitorinq İdarəsi ilə birgə may ayının 16-dan etibarən keçirdiyi monitorinqinin nəticələrinə görə, Abşeron yarımadasında Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi çimmək üçün yararsız hesab olunub. Adıçəkilən ərazilərdə vətəndaşların çimməsi tövsiyə edilmir.

Qeyd edək ki, çimərlik mövsümü ərzində Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çimərliklərdə insanlar təhlükəsizliyini təmin edəcək, xilasetmə tədbirləri həyata keçirəcək. Artıq qadağanedici, xəbərdaredici lövhələr çimmək üçün təyin edilmiş yerlərdə yerləşdirilib, üzmə sərhədləri müəyyənləşdirilib, şarlar qoyulub, suya baxış keçirilib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının əməkdaşları çimərliklərdə növbə çəkəcək.

Çimərliklər sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница