16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanda çimərliklərlə bağlı vacib qərar verildi

Azərbaycanda çimərliklərlə bağlı vacib qərar verildi
Azərbaycanda çimərliklərlə bağlı vacib qərar verildi


Çimərliklərin inkişafı ilə bağlı işçi qrupu yaradılıb.

May.Az xəbər verir ki, bu il iyulun 15-də aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə "Azərbaycanda çimərliklərinin mövcud vəziyyəti və inkişafı” mövzusunda keçirilən müşavirədə əldə olunan razılığa uyğun olaraq çimərlik ərazilərində mövcud vəziyyətinin öyrənilməsi, eləcə də, bu sahədə fəaliyyətin koordinasiyası, təhlükəsizlik və sanitar-gigiyenik tələblərin təmin edilməsi, ictimai çimərliklərin yaradılması və işinin təkmilləşdirilməsi, xidmət səviyyəsinin yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə İşçi qrupu yaradılıb.

İşçi qrupunun tərkibinə mədəniyyət və turizm, fövqəladə hallar, iqtisadiyyat, səhiyyə və ekologiya üzrə aidiyyəti nazirliklərinin, eləcə də Bakı, Sumqayıt şəhərləri və Qaradağ, Səbail, Sabunçu, Binəqədi, Xəzər rayonlarının icra hakimiyyətlərinin nümayəndələri daxildir.
İşçi qrupu müəyyən olunmuş qrafikə uyğun ilkin olaraq cari ilin 12 avqust tarixində Sumqayıt şəhəri və Binəqədi rayonunun ərazisində yerləşən çimərliklərə birgə baxış keçirilib. Növbəti bir neçə gün ərzində İşçi qrupu tərəfindən Bakı və Abşeron ərazisində yerləşən çimərliklərə baxış keçirilməsi davam etdiriləcək.

Qeyd edirik ki, çimərliklərin mövcud vəziyyəti öyrənildikdən sonra Azərbaycanda çimərliklərin inkişafına dair Tədbirlər Planının hazırlanması ilə bağlı İşçi qrupu tərəfindən Hökumətə müvafiq təkliflər təqdim olunacaq.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница