08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Sabahdan Bakıda yeni qadağa qüvvəyə minir - 40 AZN cərimə (KÜÇƏLƏRİN SİYAHISI)

Sabahdan Bakıda yeni qadağa qüvvəyə minir - 40 AZN cərimə (KÜÇƏLƏRİN SİYAHISI)
Sabahdan Bakıda yeni qadağa qüvvəyə minir - 40 AZN cərimə (KÜÇƏLƏRİN SİYAHISI)


Sabahdan IV İslam Həmrəyliyi Oyunları zamanı Bakıda "Oyunlar zolağı”nın tətbiq ediləcəyi küçələrdə hərəkətə qadağa qüvvəyə minir.

BAKU.WS-in məlumatına görə, mayın 1-dən 25-dək bu zolaqlara ancaq IV İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq.

"Oyunlar zolağı”nın əhatə etdiyi küçələr bunlardır: Neftçilər prospekti, Dövlət Bayraq Meydanından başlayaraq Bakı İdman Sarayına qədər olan ərazi, Ziya Bünyadov prospekti, Bakı Dairəvi Yolu, Salyan şosesi, Bibiheybət yolu-1, Bibiheybət yolu-2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Əbdülvahab Salamzadə küçəsi və Böyükşor şosesi.

Bu yollarda çəkilmiş xüsusi zolaqlara IV İslam Həmrəyliyi Oyunlarına cəlb edilən nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin girişinə qadağa qoyulacaq. Yalnız xüsusi buraxılışı olan və müvafiq loqolarla işarələnmiş nəqliyyat vasitələri bu zolaqlarda hərəkət edə biləcək. Bu zolaqlara daxil olacaq digər nəqliyyat vasitələrinin sürücüləri inzibati məsuliyyətə cəlb ediləcəklər və 40 manat məbləğində cərimə olunacaqlar.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница