16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakıda sarı zolağa məhəl qoymayan sürücülər "Neynəməliyik?" (VİDEO)

Bakıda sarı zolağa məhəl qoymayan sürücülər "Neynəməliyik?" (VİDEO)
Bakıda sarı zolağa məhəl qoymayan sürücülər "Neynəməliyik?" (VİDEO)


Bakıda IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar çəkilən sarı zolaqlarla bağlı qadağaya sürücülər məhəl qoymurlar.

BAKU.WS xəbər verir ki, onlar bunu yolda həddindən artıq tıxacların olması ilə əlaqələndiriblər. Videonu sosial şəbəkədə paylaşan sürücünün özü də qaydanı pozur. Onun sözlərinə görə, qaydanı pozmaq məcburiyyəti qarşısında qalıb. Çünki yolda tıxaclar üzündən demək olar ki hərəkət dayanıb.

Qeyd edək ki, ötən gündən etibarən Bakının yollarında çəkilmiş xüsusi zolaqlara icazəsi olmayan nəqliyyat vasitələrinin girişi qadağan edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu zolaqda yalnız IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş avtomobillər hərəkət edəcək.

Onun sözlərinə görə, sarı zolağa icazəsiz daxil olan nəqliyyat vasitəsinin sahibi inzibati məsuliyyətə cəlb olunacaq. V.Əsədov bildirib ki, sarı zolaqlarda hərəkəti qadağan edən yol işarələri də qoyulub. Qayadanı pozan sürücülər 40 manat cərimə olunacaq. Bu zolaqlarda hərəkət yalnız idmançıların və oyunlarda iştirakla bağlı qeydiyyatdan keçən digər şəxslərin daşınması üçün nəzərdə tutulub.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница