^
U


Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Qaradağ rayonundakı ekoloji vəziyyətlə (Binə ticarət mərkəzinin yerləşdiyi ərazi) ilə bağlı paylaşım edib.
Ekspert sözügedən ərazidə qrunt sularının çoxalmasının təhlükəli vəziyyət yaratdığını deyib:
"Uzaqdan görünən Binə ticarət mərkəzidir. Ticarət mərkəzinin sağ və sol tərəfindən qrunt suları o dərəcədə artıb ki, ciddi tədbir görülməsə, bu gedişlə ərazi su altında qala bilər. Ərazi dəniz səviyyəsindən nisbətən aşağı olduğuna görə dəniz suyunun azalması bu tip yerlərdə qrunt sularının artmasına səbəb olur. Fonda görünən ərazi isə Xəzər dənizidir".
Ekspert əlavə edib ki, qrunt sularının artmasının qarşısı vaxtında alınmasa, ərazidəki (fotonun sağ tərəfində görünən) kompleks binalarda da gələcəkdə ciddi problemlər yaşana bilər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 289 Tarix: 30-01-2022, 12:58
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az