16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Sədərək" Ticarət Mərkəzi yanır, əraziyə helikopter cəlb olunub - VİDEO

"Sədərək" Ticarət Mərkəzi yanır, əraziyə helikopter cəlb olunub - VİDEO
"Sədərək" Ticarət Mərkəzi yanır, əraziyə helikopter cəlb olunub - VİDEO


Bu dəqiqəyə qədər “Sədərək” Ticarət Mərkəzində 1 000 kvadratmetrdən çox ərazi yanıb.

“Report”un xəbərinə görə, yanğınsöndürmə işləri davam etdirilir.

Hadisə yerinə helikopter də cəlb olunub.

***

Xəbərə video əlavə olunub

Fövqəladə Hallar Nazirliyi (FHN) “Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla bağlı açıqlama yayıb.

"Report"un xəbərinə görə, açıqlamada bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

“Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə səhər saatlarında qeydə alınıb.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Alov güclü olduğundan artıq bir neçə mağazanı bürüyüb.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница