09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Prezidentin bir sözü dolları ucuzlaşdırdı

Prezidentin bir sözü dolları ucuzlaşdırdı
Prezidentin bir sözü dolları ucuzlaşdırdı


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, hazırda dolların məzənnəsi şişirdilib. May.Az "APA-Economics"ə istinadən xəbər verir ki, prezidentin bu açıqlamasından sonra dollar əksər valyutalara nisbətən ucuzlaşıb.

"Hazırda dolların məzənnəsi şişirdilib, bunun əsas səbəblərindən biri də Çinin öz milli valyutasının məzənnəsinin aşağı səviyyədə saxlanılmasına yönəlmiş addımlarıdır", - deyə yeni seçilmiş prezident qeyd edib.

Bu açıqlamadan sonra avronun məzənnəsi 1,0697 dollar səviyyəsinədək yüksəlib. Halbuki ötən ticarət sessiyasında avronun məzənnəsi 1,0601 dollar idi.

Bununla yanaşı, ötən həftə 114,2 yen səviyyəsində olan dollar hazırda 113,48 yenə çatıb.

İngilis funtu isə bun gün sürətlə bahalaşıb. Böyük Britaniyanın baş naziri Tereza Meyin açıqlamalarından sonra funt dollara nisbətən 2,4%, avroya nisbətən isə 1,5% möhkəmlənib.

Baş nazir deyib ki, "Brexit"lə bağlı yekun prosedur parlamentin razılığını alacaq. Bununla yanaşı, T. Mey qeyd edib ki, Böyük Britaniya Avropa İttifaqının (Aİ) əsas tərəfdaşı olmaq niyyətindədir. Xanım siyasətçi əlavə edib ki, krallıq Aİ-nin Gömrük Şurası ilə yeni sazişin imzalanmasında maraqlıdır.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница